Nilufər Abdullayeva-Şıxlı () — yazıçı, tərcüməçi, publisist. Rusiya Sözçülük Akademiyasının müxbir üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər assosiasiyasının üzvü.
Həyatı 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2006-cı ildə Moskva şəhəri 1937 saylı iqtisadiyyat təmaüllü orta məktəbin nəzdindəki gimnaziyanı gümüş medalla bitirmişdir. Həmin ildə Moris Torez adına Humanitar və Tətbiqi elmlər fakültəsinə, 2011-ci ildə universiteti bitirərək həmin fakültənin aspiranturasına daxil olub. 2012-də Lomonosov adına MDU-nin jurnalistika fakültəsinə də qəbul edilib.
İki roman, bir neçə povest, çoxsaylı şeirlər və hekayələrin müəllifidir.
Rəssamlıqla məşğul olur. Mükəmməl olaraq beş dil bilir.
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar