Meçislav Volfoviç "Menaxem" Begin () — İsrail siyasi xadimi, İsrailin 7-ci Baş naziri (1977–1983).
Həyatı M. Begin 1913-cü il avqustun 16-da Brest-Litovskda anadan olub.
1943-cü ildə M. Begin "İrqun" təşkilatının rəhbəri seçilir. Həmin gündən başlayaraq o ingilis mandatlığına qarşı açıq mübarizəyə başlayır. İngilis əsgərlərinə hücumlar və terror aktları təşkil edir. Qüdsdəki ingilislərin mənzil-qərargahının partladılmasından sonra ingilislər onun başına 30 min dollar pul mükafatı qoyurlar.
M. Begin İsrailin azadlığı uğrunda müharibənin fəal iştirakçılarından biri olub.
1948-ci ildə İsrail dövləti yaranandan sonra M. Begin "İrqun"un əsasında "Xerut" ("Azadlıq") partiyasını yaradır və onun rəhbəri kimi Knessetdə ilk müxalifət lideri olur.
1949-cu il yanvarın 25-də Knessetə seçkilərdə onun partiyası 11,5 faiz səs qazanır.
1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş verən altıgünlük müharibə ərəfəsində M. Begin ilk dəfə olaraq portfelsiz nazir kimi hökumətin tərkibinə daxil oldu və 1970-ci ilə qədər bu postda qaldı.
1973-cü ildə "Likud" blokunun yaranmasından sonra bu bloka rəhbərlik etməyə başladı. Nəticədə 1977-ci il seçkilərində qalib gələrək baş nazir seçildi və İsrailin tarixində ilk dəfə olaraq sağçı hökumət qurdu.
Baş nazir kimi hakimiyyətdə olduğu dövrdə bir sıra iqtisadi və sosial islahatlar həyata keçirib.
Aktiv xarici siyasət yürüdən M. Begin 1978-ci ildə imzalanan "Kemp-Devid" sülh müqaviləsinə görə Misir prezidenti Ənvər Sadatla birgə Nobel sülh mükafatına layiq görülüb.
Livana hücumun uğursuzluğu və həyat yoldaşının ölümündən böyük sarsıntı keçirən M. Begin 1983-cü il sentyabrın 15-də vəzifəsindən istefa verib.
1992-ci il martın 9-da İsrailin paytaxtı Tel-Əvivdə vəfat edib.
İstinadlar
Kateqoriya:Belaruslu Nobel mükafatı laureatları Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:SSRİ-də milli mənsubiyyətinə görə repressiyaya məruz qalanlar Kateqoriya:Likud liderləri Kateqoriya:İsrail siyasi partiyalarının liderləri Kateqoriya:İsrailin xarici işlər nazirləri Kateqoriya:İsrailin müdafiə nazirləri Kateqoriya:İsrailin kənd təsərrüfatı nazirləri Kateqoriya:İsrailin ədliyyə nazirləri