Səhlab Bağırov — Azərbaycanın polis general-mayoru
Həyatı Bağırov Səhlab Əloş oğlu 1963-cü ildə Naxçıvan şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir.
Ailəlidir 6 övladı var
1994-cü ildən daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandiri, 2011–2019-cu illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, 2019–2023-cü illərdə DİN Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsində çalışmışdır.
2023-cü ildən Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Təlim-Tədris mərkəzinin rəisidir.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli Sərəncamı ilə Səhlab Bağırova "Polis general-mayoru" ali xüsusi rütbəsi verilmişdir.
Təltifləri 50px (30 iyun 2002) — "İgidliyə görə" medalı 50px (1 iyul 2011) — "Azərbaycan Bayrağı" ordeni 50px (1 iyul 2015) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycan Çevik Polis Alayının komandirləri Kateqoriya:Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinləri