Fidler Yuri Vladimiroviç () — şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (ədəbi təxəllüsləri "Yeqor Yexidnı", "Optimist", "Yurfi", "D.İrinin").

Həyatı

Yuri Fidler 1898-ci il iyunun 16-da Saratov şəhərində məhkəmə məmuru ailəsində doğulmuşdur. Pyatiqorsk gimnaziyasında, sonra I Bakı gimnaziyasında orta təhsil almışdır (1907-1917). Əmək fəaliyyətinə 1917-ci ildən başlamışdır. Culfa-Bakı dəmiryolu idarəsində tabelçi-fəhlə (1917-1918), ərzaq idarəsində kontor işçisi (1918), Yessentukidə milis işçisi (1918-1919), Azərbaycan hərbi sanitariya idarəsində icraçı (1920), sonra katib (1921-1922), Rostov dövlət ticarəti kontorunda hesabdar (1922-1923), Keçmiş SSRİ Ticarət-Sənaye Bankının Azərbaycan kontorunda hesabdar, mühasib köməkçisi, müxbir, sığorta şöbəsinin müdiri (1923-1927), Bakı trestlərinin birində hesabdar (1927-1929), "Vışka" qəzeti redaksiyasında felyetonçu (1929-1932) işləmişdir. Sonra yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur.

1981-ci il mayın 14-də vəfat etmişdir.

Yaradıcılığı Ədəbi fəaliyyətə 1920-ci ildən başlamış, felyeton və satirik şeirlərini "Krokodil", "Smexaç", "Begemot" jurnallarında dərc etdirmişdir. Hekayələr, pyeslər yazmış, Azərbaycan xalq və aşıq şeirlərini tərcümə etmiş, uşaq yazıçısı kimi fəaliyyət göstərmişdir.

Mükafatları Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 27.06.1978Şair Y.V.Fidlerin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 iyun 1978-ci il tarixli Fərmanı — anl.az saytı "Qafqazın müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalı "Əmək veteranı" medalı

Əsərləri

1. Дочка героя. Баку: Детюниздат, 1939, 26 стр. 2. Разговор на чистоту. Баку: Азернешр, 1947, 49 стр. 3. Стихи и сказки. Баку: Детюниздат, 1950, 120 стр. 4. Пещерные люди. Баку: Азернешр, 1952, 68 стр. 5. Школьные знаменитости. Баку: Детюниздат, 1954, 24 стр. 6. Сатирические стихи. Баку: Азернешр, 1956, 80 стр. 7. Между нами говоря... Баку: Азернешр, 1958, 116 стр. 8. Четверка за поведение. Баку: Детюниздат, 1960, 70 стр. 9. Накип. Баку: Азернешр, 1962, 120 стр. 10.Избранные сатирические стихи и фельетоны (1927-1967). Баку: Азернешр, 1970, 316 стр. 11.За пол века. (стихи). Баку: Язычы, 1980, 143 стр.

Tərcümələri

(azərbaycancadan) 1.Слово сердца. Баку: Азернешр, 1944, 56 стр. 2.А. Шаик. Стихи и сказки. Баку: Детюниздат, 1950, 234 стр. 3.Братья сатирики. Баку: Азернешр, 1966, 163 стр.

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Rus şairlər Kateqoriya:Rus tərcüməçilər Kateqoriya:Saratovda doğulanlar Kateqoriya:1981-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Azərbaycan ssenaristləri