Dulse Ponteş (, BFƏ: ; doğlub 8 mart 1969, Montiju, Portuqaliya) — portuqal müğənnisi, fadu üslubunda, klassik musiqi və digər üslublarda ifa edir. Portuqaliyada onun mahnıları çox məşhurdur.

Həyatı Dulse Ponteş Portuqaliyanın Setubal mahalındakı Montiju şəhərcəyində doğulmuşdur. Uşaqlıqdan onun mahnı oxumağa və pianoda ifa etməyə həvəsi olmuşdur, bu da ona gələcəkdə müğənni olmaya köməklik göstərmişdir. 18 yaşından sonra o, televiziya və teatrda aktrissa oldu. 1991-ci ildə Dulse "Lusitana Paixão" mahnısı ilə "Avroviziya" mahnı müsabiqəsində çıxış edərək 8-ci yeri qazanmışdır. Bir neçə ildən sonra o, tək Portuqaliyada deyil, digər ölkələrdə də şöhrət qazandı.

Dulse öz mahnıları digər ölkələrdən olan məşhur müğənni və musiqiçilərlə bir yerdə ifa etməyə başlayır. Onun musiqisində müxtəlif musiqi ənənələrinin elementləri ahəngli şəkildə istifadə olunur: tək Portuqaliyanın deyil, həm də İspaniyanın, Braziliyanın, həmçinin də ərəb və Afrika ölkələrinin. Portuqal dilindən başqa Dulse həm də ispan dilində, ingilis dilində, yunan dilində, italyan dilində, ərəb dilində və digər dillərdə ifa edir.

Diskoqrafiya Lusitana (1992) Lágrimas (1993) Brisa do Coração (1995) Caminhos (1996) O Primeiro Canto (1999) Best Of (2002) Focus (2003) Mediterranean (2005—2006) O Coração Tem Três Portas (2006) Momentos (2009)

Links Oficial Website Co-Oficial Website Ondeia Música Oficial Website

İstinadlar

Kateqoriya:Portuqaliyada doğulanlar Kateqoriya:Portuqaliya müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Portuqaliyanın "Avroviziya" təmsilçiləri