Kuklalar — Rejissor Çingiz Rəsulzadənin filmi.Sara. Beynəlxalq film festivalında ölkəmizi "Kuklalar" təmsil edəcək: [Çexiyanın Karlovı Varı şəhərində keçiriləcək festivalda Çingiz Rəsulzadənin eyniadlı filmi] //525-ci qəzet.- 2010.- 25 iyun.- S. 4.

Məzmun Filmdə hadisələr 80-ci illərin sonları 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində dənizkənarı parkda kukla işləyən altı gənc dost yetkin həyata ilk addımlarını atır. Daha sonra basqınla üzləşən canlı kuklalar seçim arasında qalırlar. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verirlər.

Film haqqında Filmin orijinal ssenarisi üzərində iş 2005-ci ildə başlayıb və 2 ildən sonra tamamlanmış variant Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Film 2007-ci ildə istehsalata buraxılıb. 2007-ci ilin oktyabr ayından çəkilişlər başlanmışdır. Filmdə əsas rolları orta məktəb şagirdi və tələbə olan 6 gənc oynayır. Bu altı gənci seçmək isə asan olmamışdır. Onlar 500-ə yaxın namizəd arasından seçilmişlər. Filmin çəkiliş texnikası İrandan gətirilmişdir. 1980–1990-cı illərin Bakısını bərpa etmək üçün kompüter qrafikasından istifadə edilib. Mikki obrazının ifaçısı aktyor Qorqud Cəfərin kinoda ilk işidir. Film Mədəniyyət Nazirliyi tərəfindən senzuraya məruz qalıb.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Çingiz Rəsulzadə, Ramiz Fətəliyev Quruluşçu rejissor: Çingiz Rəsulzadə (Çingiz Rasulzadə kimi) Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rövşən Mehdiyev Bəstəkar: İsa Məlikov Rejissor: Elman Şeydayev Geyim rəssamı: Şahin Həsənli (rəssam) Montaj edən: Elşad Rəhimov İcraçı prodüser: Heydər Dadaşov Prodüser: Tofiq Musayev Rejissor assistenti: Elbrus Ələkbərov, Pərviz Həsənov, Xədicə Qarayeva, Səs rejissoru: Teymur Kərimov Səs operatoru: Eldar Şahverdiyev Geyim rəssamı assistenti: Safura Manafova (Həsənli), Xalidə Ağacanlı

Rollarda Mehriban Xanlarova Abbas Qəhrəmanov Nübar Novruzova Xalidə Quliyeva Cəminə Ağayeva Vahid Əliyev — erməni fotoqraf Jora Şəlalə Şahvələdqızı Cavid Quliyev — Buratino Ağa Bədəlov — Martışa Emil Zöhrabov — Balu İsgəndər Ağagülov — Tom Yevgeni Qəhrəmanov — Canavar Qorqud Cəfərli — Mikki

İstinadlar

Mənbə "Kuklalar" filmi haqqında //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 9. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011. Bürcəliyeva, Ş. Bəxtsiz "Kuklalar": [Rejissor Natiq Rəsulovun eyniadlı filmi haqqında] //Mədəniyyət.- 2010.- 23 iyun.- S. 10.

Ədəbiyyat

Xarici keçid Filmi izlə

Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Sumqayıtda çəkilən filmlər