Təyyar Bayramov (tam adı: Təyyar Allahverdi oğlu Bayramov; ) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2009).

Həyatı Təyyar Bayramov 1976-cı ildin 14 sentyabrında Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib. 1982-ci ildə orta məktəbə getmiş 8-ci sinfə kimi təhsilini Ağdamda almış, Qarabağ müharibəsinə görə qalan 2 ilini Ağcabədi rayonunda davam etdirmişdir. 1993-cü ildən ailəsi ilə birgə Bakı şəhərində məskunlaşmışdır. 1994–1998-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində dərs almışdır. 1999–2000-ci illərdə hərbi xidmətdə olmuşdur.

Karyera 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olmuş, 2005-ci ildə bitirmişdir. Musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət almış və ilk olaraq "Leyli və Məcnun" operasında İbn-Salam rolunu ifa etmişdir. 2006-cı ildə Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Şah ismayıl, Vasif Adıgözəlovun "Natəvan" tamaşasında Xanəndə və Aşıq, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Xanəndə obrazlarında cıxış etmişdir.Təyyar Bayramov: 20-sindən 3–4-ü qalırsa, böyük uğurdur 2005-ildən Bakı Humanitar kollecində pedaqoji fəaliyyətə başlamış, 2012-ci ildən Milli kobservatoroya və Milli konservatoriyanın nəzdində Asəf Zeynallı adına musiqi kollecində davam etmişdir. Milli Konservatoriyanın dosentidir. Bir çox elmi məqalələlərin və dərs vəsaitinin müəllifidir.

Uğurları 2005–2006-cı illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən televiziya muğam müsabiqəsində 1-ci yer"Televiziya muğam müsabiqəsi-2005"-ə yekun vuruldu 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə kecirilən ümumrespublika muğam müsabiqasində birinci yerAzərbaycan opera səhnəsinə yeni Leyli və Məcnun gəlir Eyni ildə ildə Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq muğam müsabiqəsində qran-pri mükafatıBirinci Respublika Muğam Müsabiqəsinin qalibi 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar artist" fəxri adıAzərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2016-cı ildə Rusiyanın Başqırdıstan vilayətində keçirilən milli musiqilərin Beynəlxalq muüsabiqasində 1-ci yerAzərbaycanlı xanəndə beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb Prezident Mükafatı (1 may 2017İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , 9 may 2018İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , 10 may 2019-cu ilİncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı , 10 may 2022-ci il, 6 may 2023-cü il, 9 may 2024-cü il), 7 may 2026-cı il 2018-ci ildə "Humay" mükafatı laureatı 31 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdürAzərbaycan Milli Konservatoriyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Diskoqrafiya

Albomlar Ana Yurdum Qal Sənə Qurban Xatırlayarsan Klassik Muğamlar, Vol. 1 Klassik Muğamlar, Vol. 2 Mənim Azərbaycanım Qarabağ

İstinadlar

Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Muğam Televiziya Müsabiqəsinin qalibləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları