Əli Ağamalı bəy oğlu Əmiraslanov () — geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü (1953).

Həyatı Əli Ağamalı bəy oğlu Əmiraslanov 1900-cü ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olmuşdur.

1930-cu ildə Moskva Mədən Akademiyasını bitirmişdir.

Əli Əmiraslanov 1930–38-ci illərdə Uralda, Qazaxıstanda, Orta Asiyada və Qafqazda əlvan metallar-sink, mis, qalay və s. yataqlarının öyrənilməsi ilə məşğul olmuş, bir sıra yataqların açılmasında iştirak etmişdir.

1938–54-cü illərdə müxtəlif elmi-tədqiqat geologiya institutlarında işləmiş, Moskva geologiya institutunda dərs demiş, "Sovetskaya Qeoloqiya" elmi jurnalının baş redaktorunun müavini olmuşdur.

Əli Əmiraslanov 1954–62-ci illərdə SSRİ-nin əlvan metallurgiya, geologiya və Yer təkinin mühafizəsi nazirliklərində rəhbər vəzifələrdə çalışmışdır. "Qurğuşun və sink yataqlarının əsas tipləri" (axtarış metodları kəşfiyyat və qiymətləndirmə) "Avstraliyanın qurğuşun-sink yataqları. Yerləşmə qanunauyğunluğu və geoloji xarakteri". "Faydalı qazıntıların axtarılmasının proqressiv metodları" və s. onlarla elmi əsərlərin müəllifidir.

Professor Əli Əmiraslanov orden və medallarla təltif olunmuş, 1962-ci ildə Moskva şəhərində vəfat etmiş və Novodeviçye məzarlığında dəfn olunmuşdur.

İstinadlar "XX əsrin 100 görkəmli azərbaycanlısı". Bakı, "Sumqayıt" nəşriyyatı, 2002, səhifə 75.

Kateqoriya:Qubadlıda doğulanlar Kateqoriya:1900-cü ildə doğulanlar Kateqoriya:Moskvada dəfn olunanlar Kateqoriya:Novodeviçye qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Geologiya-mineralogiya elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri Kateqoriya:SSRİ geoloqları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)