İzabel duş Santuş (; ) — ictimai xadim, Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı. Forbes jurnalının 2013-cü ilin martına olan məlumatına görə, Afrikanın ilk milyarder qadınıdır.

Həyatı İzabel Bakıda, Anqola inqilabçısı Joze Eduardu duş Santuşun və sovet vətəndaşı ailəsində doğulmuşdur. Luandanın dövlət məktəbində təhsil almışdır. Valideynlərinin boşanmasından sonra (1979), İzabel anası ilə Londonda yaşayır. Orada o məşhur Kings kollecində oxuyur.

İzabel 2002-ci ildə incəsənət əsərləri kolleksiyaçısı Sindika Dokolo ilə ailə həyatı qurmuşdur.

İstinadlar

Xarici keçidlər Afrikanın bakılı milyarderi- Fotolar . qafqazinfo.az, 23.08.2015

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:İctimai xadimlər Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:İş qadınları Kateqoriya:Prezidentlərin övladları Kateqoriya:Rusiya milyarderləri