AzDataCom şəbəkəsi — Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən "Milli E-İdarəcilik Təşəbbüsü" layihəsinin əsas komponentidir.
Yaranma tarixi AzDataCom layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur. Layihənin icrasına 2004-cü ildən başlanılmışdır. Şəbəkənin qurulması 4 mərhələdə həyata keçirilmişdir. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilmişdir. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulmuşdur.
Məqsəd Layihənin məqsədi aşağıdakılardan ibarətdir: Milli informasiya və kommunikasiya infrastrukturunun potensialının artırılması; Dövlət orqanlarının, əhalinin və biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi; İnformasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəciliyin inkişaf etdirilməsi; Ölkədə rəqəmli geriliyin aradan qaldırılması; E-hökumət xidmətlərindən istifadə imkanlarının təmin edilməsi.
Xüsusiyyətlər Bütün regionları əhatə etməsi İP/MPLS protokolları üzrə fəaliyyət gostərməsi Miqyaslanma mümkünlüyü İnteqrasiya imkanlılığı Səmərəliliyi Etibarlılığı Dayanıqlılığı Təhlükəsizliyi Yüksək sürətliliyi
İmkanlar AzDaTaCom şəbəkəsi abunəçilərə minimal xərclərlə aşağıdakı internet xidmətlərdən istifadə etmək imkanı yaradır: yüksək sürətli internetə çıxış; internet protokol üzərindən səs; virtual özəl şəbəkə; oyunlar və əyləncə; video konferensiya; distant təhsil; telemedisina; axın videosu; sorğuya uyğun video; məlumatın saxlanılması; sifariş xidmətləri; interaktiv xidmətlər.
Xidmətlər Yüksəksürətli internet xidmətləri VoİP xidmətləri İpTV xidmətləri Audio/video konfransın təşkili Distant təhsil Teletibb VoD xidmətləri Triple-Play İnteraktiv xidmətlər VLL xidmətləri MPLS xidmətləri VPN xidmətləri xDSL xidmətləri
Xarici keçidlər www.mincom.gov.az Məlumat Hesablama Mərkəzi Layihənin rəsmi internet səhifəsi
Kateqoriya:Telekommunikasiya
en:azdatacom