Atakişiyev Firdovsi Nurəddin oğlu () — Azərbaycan aktyoru, Azərbaycan Respublikası Əməkdar Artisti (2008), Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1992-ci ildən).

Həyatı Firdovsi Nurəddin oğlu Atakişiyev 1970-ci il iyunun 7-də anadan olub.

1992-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində Nəsir Sadıqzadənin kursunu bitirib. Elə həmin ildən bu günədək Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir.

Lider TV-də "Bakımız" layihəsinin aparıcısı olmuşdur.

28 oktyabr 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Sənətkarın taleyi" tamaşasında canlandırdığı Ərəblinski obrazına görə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Əsas rolları Təhminə və Zaur (Anar) — Nadir İblis (H. Cavid) — Vasif Mnimıy bolnoy (J. B. Molyer) — Fleran 12-ci gecə (U. Şekspir) — Orsina Arzu tramvayı (T. Vilyams) — Stenli Kovalski

Filmoqrafiya Tələ (film, 1990) Yad qızı (film, 1990) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Vahimə (film, 1998) Dronqo (serial, 2002) Xeyirlə şərin rəqsi (film, 2015) İçəri şəhər (film, 2016) Laləli saray (teleserial, 2017) Təhminə və Zaur (teleserial, 2018) Ata ocağı(teleserial)4-cü Mövsüm Bu şəhərdə kimsə yoxdur (serial) 4-cü Divar(teleserial)

İstinadlar

Xarici keçidlər "Artist" tamaşası Rus Dram Teatrının səhnəsində Səda — "Kazanova: sevgi dərsləri" tamaşası nümayiş olunub (25.04.2016) "Sənətkarın taleyi"nin uğurlu səhnə həyatı

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları