Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq. "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 mart 2000-ci il tarixli 302 nömrəli Fərmanı

Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N. Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur.

Həyatı Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur.

1954-cü ildə ovaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur.

1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir:

Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır.

1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.

1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N. Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb.

20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.Sumqayıt "Şöhrət" ordenli görkəmli pedaqoqunu itirdi — FOTO . xeberle.com, 20.10.2017 Onunla vida mərasimi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilib.Sumqayıt təhsili "anasını" itirdi: sevimli müəllim son mənzilə belə yola salındı — FOTOLAR .

xeberle.com, 20.10.2017 Vida mərasimində Sumqayıt şəhər İcra Hamimiyyətinin başçısı Zakir Fərəcov, təhsil işçiləri və şəhər ictimaiyyət nümayəndələri iştirak ediblər. Minarə Tahirova Sumqayıt şəhər qəbiritanlığında dəfn olunub.

Mükafatları "Əmək igidliyinə görə" medalı "Əməkdə fərqlənməyə görə" medalı "SSRİ təhsil əlaçısı" "Respublika qabaqcıl maarif xadimi" döş nişanları 2000-ci ilin 18 martında Prezidentin Fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2004-cü il tarixli 560 nömrəli Sərəncamı 2006-cı il "Şöhrət" ordeni

İstinadlar

Xarici keçidlər Minarə Tahirovadan Azərbaycan Prezidentinə müraciət.

Kateqoriya:Göyçayda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar müəllimləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin ikinci katibləri Kateqoriya:Sumqayıtda dəfn olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Məktəb direktorları