Puçuq — Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbə inzibati ərazi dairəsində kənd.
Toponimikası Pucuq oyk., sadə. Dağətəyi ərazidədir. Keçmiş adı Pucuqqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Quba qəzasının Gümür kənd icmasına mənsub ailələr onlara məxsus qışlaq yerində salmışlar. Sonralar toponimin tərkibindəki qışlaq sözü ixtisar edilmişdir. Toponimiyada puçuq/pucuq!puşuq •‘əkinə yararlı olmayan sahə”, “örüş sahəsi” mənalarını bildirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 48 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri