"Azərbaycan dilinin izahlı lüğəti" — azərbaycanlı leksikoqraf və lüğətçi alim Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966–87-ci illərdə nəşr edilmiş lüğət.

Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin tanınmış nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur.

Tarixi

"Azərbaycan dilinin izahlı lüğəti" XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə çap edilmişdir. Həmin cildi Əliheydər Orucov tərtib edib. Birinci cildin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə AMEA-nın akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Cild Əliheydər Orucov, Bəhruz Abdullayev və Nərgiz Rəhimzadə tərəfindən tərtib edilib.İzahlı lüğət, I, 2006, s. 5

Lüğətin ikinci cildinin nəşri ilk nəşrdən 14 il sonra (1980) olub. Bu cildin tərtibçiləri Bəhruz Abdullayev, Əliheydər Orucov, Nərgiz Rəhimzadə, f.e.n. Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə olmuşdular. Redaktoru Ə.Orucov olub.

Üçüncü cild 2-cidən 3 il sonra (1983) nəşr edilir. Kitabın redaktoru yenə Ə.Orucov olur. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilmişdi. 4 il sonra (1987) nəşr olunmuş dördüncü — sonuncu cildin tərtibçiləri, redaktor və redaksiya heyəti 3-cü ilə eyni olub.

4 cilddə ümumilikdə 57 min söz var.

XX əsrin sonlarında üç cildlik "Azərbaycan dilinin izahlı lüğəti" hazırlanıb (1997, 1999, 2000) və ona 18 min yeni söz əlavə edilib.

2005-ci ildə AMEA-nın müxbir üzvü, f.e.d., prof. Ağamusa Axundovun bircildlik "Azərbaycan dilinin izahlı lüğəti" çapdan çıxmışdır. Bircildliyə Azərbaycan dilinin dördcildlik izahlı lüğətində olmayan 1500-ə yaxın söz əlavə edilmişdir.

Ə.Orucovun əsas müəllifi olduğu 4 cildik izahlı lüğət 2006-cı ildə Ağamusa Axundovun rəhbərliyi ilə təkmilləşdirilərək Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən 25 min tirajla yenidən nəşr edilmiş və ölkə kitabxanalarına hədiyyə edilib.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Dil Qurumu tərəfindən onlayn axtarış sistemində internet istifadəçilərinin istifadəsinə verilib.

Nəşrləri İlk Azərbaycan dilinin izahlı lüğəti (A, B, V, Q). I cild. Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1966. Azərbaycan dilinin izahlı lüğəti (D, E, Ə, J, Z, İ, Y). II cild. Bakı, Elm, 1980. Azərbaycan dilinin izahlı lüğəti (K, G, L, M, N, O, Ö, P, R). III cild. Bakı, Elm, 1983. Azərbaycan dilinin izahlı lüğəti (S, T, U, Ü, F, X, H, Ç, C, Ş). IV cild. Bakı, Elm, 1987.

II nəşr thumb|right Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild (ABCÇD). Bakı: Şərq-Qərb, 2006, 744 s. ISBN10: ISBN 9952-34-023-0; ISBN13: ISBN 978-9952-34-023-5 Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild (EƏFGHXİJK). Bakı: Şərq-Qərb, 2006, 792 s. ISBN10: ISBN 9952-34-024-9; ISBN13: ISBN 978-9952-34-024-2 Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III cild (QLMNOÖPR). Bakı: Şərq-Qərb, 2006, 672 s. ISBN10: ISBN 9952-34-025-7; ISBN13: ISBN 978-9952-34-025-9 Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Bakı: Şərq-Qərb, 2006, 712 s. ISBN10: ISBN 9952-34-026-5; ISBN13: ISBN 978-9952-34-026-6

Həmçinin bax

Azərbaycan dilinin orfoqrafiya lüğəti Azərbaycan dilinin orfoepiya lüğəti Azərbaycan dilinin dialektoloji lüğəti

İstinadlar

Xarici keçidlər

İzahlı Lüğət (onlayn) AzLeks Bildilçin Obastan iLüğət - izahlı lüğət — Android platformalı telefonlar üçün (offline)

Kateqoriya:Lüğətlər Kateqoriya:2006-cı ilin kitabları Kateqoriya:Azərbaycan dilində kitablar