— xarici vidaci vena ilə bərabər ümumi yuxu arteriyasına uyğundur. Bu damar vidaci dəlikdə beynin sərt qişasının "S"-ə bənzər cibindən başlayaraq əvvəlcə udlağın yan divarı ilə və daxili yuxu arteriyasının bayır və ön səthinə keçir və ən aşağıda sağ döş-körpücük oynağı nahiyəsində körpücükaltı vena ilə birləşərək bazu-baş venasını əmələ gətirir. Bəzi müəlliflər daxili vidaci venanın aşağı hissəsinə ümumi vidaci vena — adını verirlər. Belə olan surətdə həmin damarın yuxarı hissəsi daxili yuxu arteriyasına və aşağı hissəsi ümumi yuxu arteriyasına uyğun olur. Daxili vidaci venanın körpücükaltı vena ilə birləşən yerinə venoz bucaq — deyilir. Bu damarın yuxarı və aşağı uclarında birər genişlik (soğanaq) — vardır. Yuxarı soğanaq ikili və ya tək qapaq ilə və aşağı soğanaq tək qapaq ilə tutulmuşdur. Yuxarı soğanaq "S"-ə bənzər cibdən başqa ilbiz kanalcığı venalarını () və bəzən aşağı daşlıq cibini qəbul edir. Daxili vidaci vena beynin venoz qanının çox hissəsini daşıyır; bundan başqa üzdən, udlaqdan, dildən, qırtlaqdan və qalxanabənzər vəzidən də venoz qanı qəbul edir.

İstinadlar

Həmçinin bax Mərkəzi venoz kateter

Kateqoriya:Venalar Kateqoriya:Yuxarı boş vena sistemi Kateqoriya:İnsan başı və boynu Kateqoriya:Otorinolarinqologiya