Ա, ա (səslənməsi: Ayb ) — Erməni əlifbasının birinci və əksər hərflərin qrafik strukturunu və stilini müəyyənləşdirən hərfi. Erməni əlifbasının əksər hərflərində olduğu kimi, ayb hərfi də yunan əlifbasının hərflərinin üst hissəsinin ixtisarı ilə yaradılmışdır. Prototipi yunan əlifbasının α (alfa) hərfi hesab olunur. Ա "ayb" və Բ "ben" hərflərinin birləşməsindən erməni dilində "əlifba" anlamına gələn "aybuben" sözü yaranır. Hərf tək şəkildə işlədildikdə Allah simvolu hesab edilir.

Unicode nömrəsi: böyük hərf Ա : U+0531 kiçik hərf ա : U+0561

Həmçinin bax Erməni dili Erməni əlifbası

Kateqoriya:Erməni əlifbası