thumb|right|150px|Bir gəncə aid Roma-Misir tabut portreti thumb|right|180px|Moche dulusçuluq portreti, Larco Muzeyi, Lima, Peru Portret () — şəkil, fotoşəkil, heykəl və bənzəri sənət növlərində bir adamın üzünün və üz ifadəsinin çəkilməsi ilə yaradılan əsər. Bu əsərlərin məqsədi insanın görünüşünü, şəxsiyyətini və ruh halını əks etdirməkdir. Bu səbəbdən fotoşəkilçilikdə portretlər adamın müəyyən poza verməsi ilə çəkilir. Avtoportret çəkilən adam rəssama ya da fotoşəkilçiyə doğru baxar və bu vəziyyətdə duruşun tamaşaçıya ən müvəffəqiyyətli şəkildə köçürülməsi təmin edilər.

Xüsusiyyətləri Krallar və imperatorlar kimi əhəmiyyətli kəslərə aid olmayan ən köhnə portretlərdən bəziləri, Feyyum mumiya portretləridir. Misirin Feyyum bölgəsindəki məzarlarda, mumiyaların qoyulduğu tabutlara çəkilən portretlər, quru iqlim şəraiti sayəsində bu günə gəlib çatmışdır. Bunlar, müxtəlif freskler xaricində, bu günə çatmış olan tək Roma dövrü portret növüdür.

Roma heykəl sənəti daxilində portretlər, xüsusilə tərifləyici olmayan həqiqi təsvir çəkilməkdə idi. IV əsr zamanlarında, insanların görünüşləri, ideal edilmiş formalarda çəkilirdi. Avropada həqiqi portret anlayışına qayıdış, Orta Dövrün sonlarında, Burgonya və Fransada vaxtında başladı.

Antik sivilizasiyalar arasında portretlər çıxaran bir neçə mədəniyyətdən biri də Perudakı Moche uyqarlığıdırı. Bu əsərlərdə insanların anatomik xüsusiyyətləri detallı şəkildə və qəti düzgünlükdə çəkilirdi. Portretləri edilən şəxslər idarəçi seçmə zümrə, rahiblər, döyüşçülər və məşhur sənətçilərdi.[Donnan, Christopher B. Moche Portraits from Ancient Peru University of Texas Press, 2004. ISBN 0-292-71622-2.] Bu kəslər, həyatlarının müxtəlif mərhələlərində çəkilirdi. Tanrıların portretləri də edilərdi. Bu əsərlərdə mövzular, saç stilləri, ilişər və üz makiyajları kimi detallara əhəmiyyət verilərdi.

Qərb sivilizasiyasına aid ən bilinən portretlərdən biri, Leonardo da Vinçi tərəfindən çəkilən şəxsiyyəti naməlum bir qadının portreti olan Mona Liza əsəridir. Bilinən ən köhnə portret isə 2006-cı ildə Fransadakı Angoulême bölgəsi yaxınlıöında olan Vilhonneur mağarasında kəşf edilən və 27 min illik tarixi olduğu təxmin edilən divar şəklidir.

İstinadlar

Kateqoriya:Portret Kateqoriya:Təsviri incəsənət janrları Kateqoriya:Janrlarına görə fotoqrafiya