Əbül-Fərəc Məhəmməd ibn İshaq ibn Məhəmməd ibn İshaq İbn ən-Nədim (; ) — bioqraf, biblioqraf.
Həyatı "Fihrist"də verilən məlumata görə İbn ən-Nədim təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə "Fihrist" əsərini bitirdikdən sonra vəfat etmişdir.
İbn ən-Nədim atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və orada kitab bazarı ilə tanış olması "Fihrist"in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Abbasilər xilafəti Kateqoriya:Şiəlik Kateqoriya:Biblioqraflar Kateqoriya:X əsr ərəbləri Kateqoriya:X əsr filosofları Kateqoriya:X əsr yazıçıları