Əli Yusif oğlu Zeynalov () — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1964), Azərbaycan SSR əməkdar artisti (1955), Ermənistan SSR əməkdar artisti (1939), M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı laureatı (1965).
Xalq artisti Əli Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.
Həyatı Əli Yusif oğlu Zeynalov 5 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887–1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.
Yaradıcılığı left|thumb|Əli Zeynalov (ayaq üstə sağdan 1-ci) C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyəti ilə, 1937-ci il İrəvan Tearında (1934–1935), Dram Teatrında (1945–1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik olan Əli Zeynalov bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib.
Əli Zeynalov "İki ömrüm olsaydı…" kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. — Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? — Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim."
Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib. Yasamal qəbristanlığında dəfn edilib.
Ailəsi Aktrisa Mirvari Novruzovanın həyat yoldaşıdır.
Mükafatları "Ermənistan SSR əməkdar artisti" fəxri adı — 22 fevral 1939 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1964 M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı — 28 aprel 1965 Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 23 aprel 1973Ə. Y. Zeynalov yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 aprel 1973-cü il tarixli Fərmanı — anl.az; 1 iyun 1974Respublika incəsənət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1974-cü il tarixli Fərmanı — anl.az
Filmoqrafiya
Xatirəsi Azərbaycan televiziyasında istehsal edilmiş Alqışlar ən böyük mükafatımdır adlı qısametrajlı, sənədli televiziya filmi həsr olunmuşdur.
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.
Xarici keçidlər Səda — Əli Zeynalovun doğum günüdür (04.04.2016)
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Salyanda doğulanlar Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları