Mehdioğlu xanlığı — 1500-cü illərin sonlarında Qara Mehdi xan tərəfindən yaradılmışdır. Haqqında çox məlumat mövcud deyil. 13 kənddən ibarət idi. Qara Mehdi xan Aşağı Cenqutay kəndini paytaxt seçmişdi. 1741-ci ildə II Əhməd xan Nadir şahın ordusuna məğlub olmuşdu. I Mahmuddan əmir-əmiran (bəylərbəyi) titulunu almışdı. 1867-ci ildə son xan Rəşid xan Rusiya imperiyasına təslim oldu və xanlıq Temirxan Şura vilayətinin bir hissəsi oldu.
Xanları Qara Mehdi (~1590) I Əhməd xan (~1637) II Mehdi (XVII əsr) Pir Məhəmməd (XVIII əsrin əvvəlləri) III Mehdi (~1732) II Əhməd xan (1735–1749) IV Mehdi (1749–1773) Əli Sultan (1773–1807) Əhmədxan Hacı Xan (? — 1796) Həsən Xan (1809–1818) Əhməd Xan (1820–1843) Nuh-Bikə (1843–1855) İbrahim Xan (1855–1859) Rəşid Xan (1859–1867)
Kateqoriya:Xanlıqlar Kateqoriya:XVI əsrdə yaranmış dövlətlər və ərazilər