Məcid Kərimov Zahid oğlu () — Azərbaycanın dövlət və ictimai xadimi. Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001–2004). Azərbaycan Respublikasının yanacaq-energetika naziri. Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004–2005). Azərbaycan Respublikasının sənaye-energetika naziri. Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005–2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Professor, texnika elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar elm xadimi.

Həyatı Məcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

1980–1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.

1989–1999 – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) sistemində fəaliyyət.

1999–2001 – ARDNŞ-in "Dənizneftqazlayihə"-nin direktoru.

2001–2004 – Azərbaycan Respublikasının yanacaq-energetika naziri.

2004–2005 – Azərbaycan Respublikasının sənaye-energetika naziri.

2005–2010 – Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti.

2006–2010 – Azərbaycan Respublikasının Milli Məclisin deputatı.

2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Bakı-Tibilisi-Ceyhan" və "Bakı-Tibilisi-Ərzurum" layihələrinin həyata keçirilməsi üzrə komissiyanın sədri olmuşdur. "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı"nın və "Azərbaycan Respublikasının alternativ və bərpa olunun enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın işlənib hazırlanmasına rəhbərlik etmişdir.

Beynəlxalq Mühəndislər Akademiyasının akademikidir.

200-dən çox elmi əsərin, 10 monoqrafiya və 10-dan çox ixtiranın müəllifidir.

Evlidir, 2 övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar elm xadimləri Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanın energetika nazirləri Kateqoriya:Azərbaycan mühəndisləri