Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; ) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı; Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı (1999–2000).

Həyatı Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir.

Səmayə Piriyevanın bir övladı var.

Təqaüdə çıxandan sonra Hacıqabul rayonunda yaşayıb.

2024-cü il noyabrın 23-də uzun sürən xəstəlikdən sonra 79 yaşında Hacıqabul rayonunda vəfat edib.

Siyasi fəaliyyəti 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Sabirabad Rayon İcra Hakimiyyətinin başçıları