Çimnaz Rizvan qızı Əliyeva () — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Həyatı Çimnaz Əliyeva 1949-cu il 4 dekabr tarixində Ağdam şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir.

Çimnaz Əliyeva ailəlidir, üç övladı var. Respublikanın Əməkdar Mədəniyyət işçisidir.

Fəaliyyəti 1996-cı il fevralın 4-də baş tutan təkrar parlament seçkilərində 47 nömrəli Ağdam şəhər dairəsindən bitərəf namizəd olan Çimnaz Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Çimnaz Əliyeva Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri