Azər Kərimli () — Azərbaycan Respublikası Milli Məclisinin 112 saylı Qax Seçki Dairəsindən V, VI, VII çağırış deputatı.
Həyatı Azər Kərimli 6 iyul 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə 176 saylı orta məkəbi bitirmişdir. 1981-ci ildə Moskva Tekstil İnstituna daxil olmuşdur. 1983–1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitunu fərqlənmə diplomu ilə bitirmiş, 1992-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1991–1999-cu ilədək Moskvada, "Фахри" şirkətinin təsisçisi və rəhbəri olmuşdur. 1999-cu ildən Azərbaycanın "Lotos Co Ltd", "Qamma Ltd" şirkətlərinə rəhbərlik etmişdir.
Ailəlidir. 2 övladı var. Rus və ingilis dillərini bilir.
Siyasi fəaliyyəti 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 60 saylı Qax seçki dairəsindən II çağırış, 15 oktyabr 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırışa isə 112 saylı Qaxseçki dairəsindən deputat seçilmişdir.
O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Azərbaycan – İtaliya parlamentlərarası işçi qrupunun rəhbəridir. Azərbaycan Respublikasının Milli Məclisi ilə Avstriya, İngiltərə, Çexiya və Ukrayna parlamentləri arasında işçi qruplarının, AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin, Avropa İttifaqı — Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvüdür. GUAM Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin rəhbəridir.
Təltifləri İtaliyanın "Cavaler" (cavaliere) ordeni, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı, "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları