Xəlifə sultan əl-Hüseyni () — Səfəvilər dövründə vəzir, sonra baş vəzir (1645-1648).

Həyatı Əsl adı Seyid Əlaəddin ibn Mir Rəfiəddin Məhəmməd bin Mir Şücaəddin Hüseynidir. Xəlifə sultan kimi tanınırdı. Xəlifə sultan 1592-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Seyid əsillidir.

Mazandaranın məşhur Mərəşi şah nəslindən olan Seyyid ailəsinə mənsub Xəlifə Sultan yüksək təhsil almış, elmi və ədəbi biliklərə malik bir şəxs idi. O, əvvəlcə Səfəvilər dövlətində din elminin təşkilatlanmasında mühüm rol oynamış, daha sonra 1623/24-cü illərdə dövlət idarəçiliyinə cəlb edilərək Səfəvi dövlətinin baş vəziri təyin edilmişdi.

“Sultanül-üləma Amuli" adı ilə də məşhur olan dövlət xadimi və din alimi idi. I Şah Abbas Səfəvinin anası tərəfdən qohumu idi. O, Səfəvi şahları I Abbas (hak. 1588–1629), onun nəvəsi I Səfi (hak. 1629–1642) və II Abbasın (hak. 1642–1666) dövrlərində vəzirlik (baş vəzir) etmişdir.

1632-ci ildə şah I Səfi tərəfindən vəzifədən kənarlaşdırılmış və sürgün edilmişdir. Onun yerinə Mirzə Əbutalib xan Ordubadi təyin olundu.1645-ci ildə isə I Səfinin oğlu və varisi II Abbas tərəfindən yenidən baş vəzir vəzifəsinə gətirilmişdir. II Abbasla yaxın dostluq münasibəti quraraq sarayda böyük nüfuz qazanmışdır. I Şah Abbas Səfəvinin vaxtında adi vəzir olan Xəlifə sultan 1645-ci ildə, II Şah Abbas Səfəvi tərəfindən vəziri-əzəm vəzifəsinə yüksəldi.Məhəmməd Tahir Nəsrabadi, Təzkireyi-Nəsrabadi, Tehran, 1317, səh.15-16. Gürcü müəllifi Parsadan Qorqicanidze yazır: "Qorçubaşı Canı xan etimadəddövlə Mirzə Tağını öldürdü. Onun ölümünün səkkizinci günündə etimadəddövlə vəzifəsini Xəlifə sultana verdilər.Парсадан Горгиджанидзе, История Грузии, Тбилиси, «Мецниереба», 1990, ст.105-106. II Şah Abbas Səfəvinin hakimiyyətinin ilk illərindəki daxili çəkişmələr dövləti zəiflətmiş və onun fəal xarici siyasət aparmaq imkanlarını məhdudlaşdırmışdı.

Xəlifə Sultan 1654-cü il martın 5-də doğma yurdu Mazandaranda xəstəlikdən vəfat etmişdir. Onun yerinə Məhəmməd bəy baş vəzir təyin edilmişdir.

Şəcərəsi Xəlifə Sultanın atası Mirzə Rəfiəddin Məhəmməd Səfəvi dövlətində yüksək vəzifələr tutmuş tanınmış aristokrat idi və “Şəhristani seyyidlər” kimi tanınan, Nematullahi təriqətinin banisi Şah Nematullahın nəslindən gələn bir ailəyə mənsub idi. Xəlifə Sultanın anası isə “Xəlifə seyyidlər” adlanan, Mərəşi mənşəli bir nəsildən idi. Onların ulu babası Əmir Nizaməddin XV əsrdə İsfahanın Qolbər məhəlləsində məskunlaşmağa məcbur edilmişdi.

Beləliklə, Xəlifə Sultan Şah I Abbasın qohumu sayılırdı. Şah Abbasın anası Xeyrənnisə bəyim Mərəşi şahzadəsi idi; o, Səfəvi sarayına sığınaraq əvvəlki şah Məhəmməd Xudabəndə (1578–1587) ilə evlənmişdi.

“Xəlifə seyyidlər” ailəsi məşhur Mərəşi hökmdarı Mir-i Bozorgun (1359–1362) nəslindən olduqları ilə tanınsalar da, həmin dövrdə İsfahanın aparıcı ailələrindən biri hesab edilmirdilər. Bununla belə, kifayət qədər nüfuzlu və varlı olduqları üçün şəhərin məşhur ailələri ilə qohumluq əlaqələri qurmaq imkanı vardı. Səfəvi saray tarixçisi İsgəndər Münşinin yazdığına görə, “Xəlifə ailəsi nəsillər boyu İsfahan ətrafında torpaqlara sahib olmuşdur.”

Xəlifə Sultanın Mirzə Qəvaməddin Məhəmməd adlı bir qardaşı da var idi. O da atası və qardaşı kimi Səfəvi dövlətində yüksək vəzifələrdə çalışmışdı.

Nəsli Xəlifə Sultanın dörd oğlu vardı və onların hamısı 1632-ci ildə Şah Səfi tərəfindən kor edilmişdi. Buna görə də onlar dövlət idarələrində heç bir vəzifə tuta bilməmişdilər. Lakin, buna baxmayaraq, onlar məşhur alimlər kimi tanınmışdılar. Bu oğullardan biri – Mirzə Seyyid Həsən – öz dövrünün ən nüfuzlu din alimlərindən biri idi. O, sonrakı Səfəvi hökmdarı Şah Süleymanın (1666–1694) qızı və Şah Sultan Hüseynin (1694–1722) bacısı olan Səfəvi şahzadəsi Zibeydə xanımla evlənmişdi. Zibeydə xanım ona Mirzə Məhəmməd Baqir və Mir Seyyid Mürtəza adlı iki oğul dünyaya gətirmişdi; onlar hər ikisi əmioğluları Sultan Hüseynin dövründə “sədr-i xassə” və “sədr-i məmalik” vəzifələrində xidmət etmişdilər.

Xəlifə Sultanın bir neçə qızı da olmuşdur — 1651/2-ci illərdə qızlarından biri sədr-i məmalik Mirzə Məhəmməd Kərəkinin oğlu ilə evlənmişdi. Digər bir qızı Mirzə Möhsün Rəzəvi ilə, üçüncü qızı isə qorçubaşı Mürtəza Quli Xan Şamlu ilə ailə qurmuşdu.

İstinadlar

Mənbələr

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Hüseynilər Kateqoriya:Mərəşilər Kateqoriya:Səfəvi vəzirləri Kateqoriya:Səfəvi dövlətinin baş vəzirləri