May sıxıntısı — 1999-cu ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi.
Film haqqında Rejissorun ilk rəngli filmi və avtobioqrafik seriyanın ardı kimi yadda qalır. Bu filmdə də "Qəsəbə"də olduğu kimi rejissorun valideynləri, əmioğlusu Emin Toprak və dostu Müzəffər Özdəmir çəkilir. Film Nurinin böyüdüyü Yenicədə çəkilir. Yenə sırf bir mövzu yoxdu. Rejissor görüntülərlə və tamaşaçı düşüncələri ilə uyğunlaşdırılmış film çəkir. Bu dəfə xronometraj 2 saatdan da çox olur. Amma bu dəfə də filmin büdcəsi çox az olduğundan açıqlanmağa ehtiyac duyulmur. "May buludları" "Siyad mükafatları"nda, "Antalya", "İstanbul", "Ankara", "Buenos Ayres" və "İsgəndəriyyə" film festivallarında bolluca mükafatlar qazanır və rejissorun ildən ilə daha iddialı olduğunu sübuta yetirir.
Rollarda Mehmet Emin Toprak — Saffet Mehmet Emin Ceylan — Emin Fatma Ceylan — Fatma Muzaffer Özdemir — Muzaffer Muhammed Zımbaoğlu — Ali Sadık İncesu — Sadık
İstinadlar
Kateqoriya:Türkiyə filmləri Kateqoriya:1999-cu ilin filmləri Kateqoriya:Nuri Bilgə Ceylanın filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Türkcə filmlər Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:Komediya-dram filmləri