Qafqaz canişinliyi — Rusiya imperiyasının Qafqazda baş idarəsi.

Tarixi 1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S. M. Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı.

Qafqaz sərdarları Mənbə Karl Knorrinq (1801–1802) Pavel Sisianov (1802–1806) İvan Qudoviç (1806–1809) Aleksandr Tormasov (1809–1811) Filip Pauluççi (1811–1812) Nikolay Rtişev (1812–1816) Aleksey Yermolov (1816–1827) İvan Paskeviç (1827–1831) Qriqori Rozen (1831–1838) Yevgeni Qolovin (1838–1842) Aleksandr Neydqardt (1842–1844)

Canişinlər (1844–1881) Qafqaz canişinliyi (27 dekabr 1844 – 22 noyabr 1881)İşlədiyi müddət Adı Həyatı Vəzifəsi27 dekabr 1844 – 1 mart 1854 Mixail Vorontsov 1782–1856 canişin1 mart 1854–1854 Nikolay Read 1793–1855 canişin əvəzi1854–1854 Vasili Bebutov canişin əvəzi29 noyabr 1854 – 22 iyul 1856 Nikolay Muravyev-Karski 1794–1866 canişin22 iyul 1856 – 6 dekabr 1862 Aleksandr Baryatinski 1815–1879 canişin6 dekabr 1862 – 23 iyul 1881 Mixail Nikolayeviç 1832–1909 canişin22 noyabr 1881 Ləğv olundu

Canişinlər (1905–1917) Qafqaz canişinləri (26 fevral 1905 – 9 mart 1917)Vəzifə tarixi FAA Həyatı Vəzifəsi26 fevral 1905 − 23 avqust 1915 Qraf İllarion Vorontsov-Daşkov 27 may 1837 − 15 yanvar 1916 canişin23 avqust 1915 − 9 mart 1917 Böyük knyaz Nikolay Mladşiy 6 noyabr 1856 − 5 yanvar 1929 canişin Müvəqqəti Hökumətin 1917-ci il 9 mart tarixində verilən qərarı ilə ləğv olundu və Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı

İstinadlar

Həmçinin bax Qafqaz canişinliyi (1785–1796)

Xarici keçidlər Kateqoriya:Qafqaz tarixi Kateqoriya:Rusiya imperiyası Kateqoriya:XIX əsrdə Gürcüstan Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Ermənistan tarixi Kateqoriya:XIX əsrdə Ermənistan Kateqoriya:XX əsrdə Ermənistan Kateqoriya:XX əsrdə Azərbaycan Kateqoriya:XIX əsrdə Azərbaycan