Aleksandr Yakovleviç Şarovski () — Azərbaycan teatr rejissoru və aktyoru, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru (1993–2026), Azərbaycan Respublikasının xalq artisti (1998), Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri (2017–2026).

Həyatı Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu ingilis dili və ədəbiyyatı fakültəsində bakalavr təhsili almışdır.

1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuş, 1976-cı ildən isə S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətinə davam edərək əvvəlcə bu teatrda aktyor, 1978–1990-cı illərdə rejissor assistenti, 11 iyun 1991-ci ildən quruluşçu rejissoru olmuşdur. 3 fevral 1993-cü ildən 2026-cı ilədək teatrın baş rejissoru olmuşdur.

Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurmuşdur.

Onun aktyor rollarından: Don Quan (A. S. Puşkin "Kiçik traqediyalar"), Roland (D. Fletçer "Ukroşeniye ukrotitelya"), Rezo (L. Roseb "Premyera"), Eldar (R. İbrahimbəyov "Dom na peske"), Beriya (V. Korkiya "Moy bednıy Soso Cuqaşvili"), Şeyx Sənan (H. Javid "Şeyx Sənan"), Fərxad (S. Vurğun "Fərxad və Şirin"), Qenrix (U. Şekspir "Kral Lir"), Mehmandarov (M. İbrahimbəyov "Neft bumu") yaratdığı obrazları misal gətirmək olar.

A. Şarovski bundan başqa 4 filmdə çəkilmişdir. "Struktura momenta", "Qorxma, mən səninləyəm", "Prervannaya serenada", "Anekdot" kimi filmlərdə aktyor maraqlı rollar yaratmışdır.

Quruluşçu rejissor kimi fəaliyyəti yaradıcılığında "Leto i dım" T. Vilyams, "Xoçu kupit muca" M. Zadornov, "Lebedinaya pesnya" A. P. Çexov, "Kin IV" Q. Qorin, "Petlya" R. İbrahimbəyov, "Vtoroy vıstrel" R. Toma, "Çayka" A. P. Çexov, "Teatr" M. Freyn, "Ubiysa" Elçin, "Fərxad və Şirin" S. Vurğun kimi tamaşaları misal gətirmək olar.

A. Şarovski Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.

Aleksandr Şarovski 9 sentyabr 2026-cı ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ailəsi Şarovskinin ilk evliliyindən bir oğlu var. Oğlu və altı nəvəsi hazırda İsraildə yaşayır. İkinci həyat yoldaşı isə Xalq artisti Nataliya Şarovskayadır.

Təltif və mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 mart 1987 "Şərəf" ordeni — 9 fevral 2018 "Şöhrət" ordeni — 5 fevral 2008 "Dostluq" ordeni (Rusiya) — 11 may 2021 "Puşkin" medalı (Rusiya) — 19 yanvar 2013 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 Azərbaycan Respublikası Prezidentinin II dərəcəli mükafatı — 26 iyul 2002 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 9 fevral 2023 "Humay" mükafatı "Qızıl Dərviş" mükafatı

Filmoqrafiya Yarımçıq qalmış mahnı (film, 1979) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) (rol: Feliks) Qorxma, mən səninləyəm Bağ mövsümü (film, 1985) Gənc qadının kişisi (film, 1988) Bir nəfər hamıya görə (film, 1989) Dundukley (film, 1986) Lətifə (film, 1989) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Nigarançılıq (film, 1998) Bir anın həqiqəti (film, 2003) Hökmdarın taleyi (film, 2008) Sübhün səfiri (film, 2012)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:XXI əsr teatr rejissorları Kateqoriya:Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı şəxsləri Kateqoriya:Azərbaycan teatr aktyorları