2013-cü il Ermənistan Respublikası prezidenti seçkiləri — Ermənistan Prezidenti postuna keçiriləcək 6-cı seçkilərdir. Seçkilər 18 fevral, 2013 tarixində keçirildi. Ölkənin 3-cü prezidenti Serj Sarqsyan səslərin 58%-ni toplayaraq qalib gəldi və ikinci müddətə prezident seçildi. Onun əsas rəqibi Raffi Hovanisyan səslərin 36%-ni qazandı və ikinci yeri tutdu. Qalan 5 namizəd ümumilikdə səslərin qalan 4%-ini aldı. thumb|right|200px|Seçkilərin qalibi 3-cü prezident S. Sarqsyan

Seçkidən əvvəl vəziyyət Son prezident seçkilərində Respublikan partiyanın sədri Serj Sarqsyan səslərin 52%-ni qazanaraq qalib gəldi. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində Respublikan Partiyası səslərin 70%-ni aldı və parlamentdə 151 yerdən 69-una sahib oldu. Çiçəklənən Ermənistan partiyası 37 yer, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqresi isə 7 yer qazandı. Seçkilərdən sonra əsas müxalif partiyalar seçkilərin nəticələrinin düzgün olmadığını və seçkilərin qeyri-şəffaf keçdiyini bildirdi. Keçirilən son sorğulara əsasən 2013-cü ildə prezident seçkilərində qələbəyə ən böyük namizad hazırkı prezident S. Sarqsyandır.

thumb|right|200px|Sarqsyanın seçkilərdə əsas rəqibi R. Hovanisyan

Namizədlərin qeydiyyatı 2012-ci ilin dekabr ayında namizədlərin qeydiyyatı prosesi başlandı. 15 dekabr tarixində S. Sarqsyan seçkilərdə namizədliyini irəli sürdü. 25 dekabr tarixində L. Ter-Petrosyan seçkilərdə iştirak etməyəcəyini bildirdi. Namizədlərin qeydiyyatı 2013-cü ilin 4 yanvar tarixinə qədər aparılırdı. 15 potensial namizəd arasından 8 nəfər MSK tərəfindən rəsmən 2013-cü il prezident seçkilərində namizəd kimi qeydə alındı. Aram Harutyunyan namizədliyini irəli sürsədə fevral ayının 8-ində bir günlük aclıq aksiyasından sonra namizədliyini geri götürdü. Bununla da seçkilərdə 7 namizəd mübarizə apardı.

Namizədlər Serj Sarqsyan, Ermənistan Respublikasının 3-cü prezidenti, hakim Respublikan Partiyasının sədri. Raffi Hovanisyan, Ermənistanın ilk Xarici İşlər Naziri (1991–1992). Paruyr Ayrikyan, erməni siyasətçi. Hrant Baqratyan, Azadlıq Partiyasının sədri, Ermənistanın baş naziri (1993–1996) Andreas Ghukasyan, politoloq, radio direktoru. Vardan Sedrakyan, Yomax eksperti. Arman Melikyan, siyasətçi, 2008-ci il seçkilərində prezidentliyə namizəd.

Seçki kampaniyası Seçki kampaniyasına 21 Yanvar 2013 tarixində start verildi. Kampaniya 16 Fevral tarixində başa çatacaq. 17 fevral sükut günüdür. Seçkilər 18 Fevral tarixində keçiriləcək.

Yanvarın 31-i gecə saatlarında prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd nəticəsində Ayrikyan güllə yarası aldı.

Sorğular Seçki qabağı sorğuların nəticələri:

<center>Mənbə<center>Sorğunun tarixi<center>Sarqsyan<center>Hovannisian<center>Bagratyan<center>Ayrikyan<center>Digərləri<center>İştirak edənlər TNS opinion 31 Yanvar — 5 Fevral 2013 <center>58 33 2.8 4.9 1.3 Qərar vermiş seçicilərdən Baltic Surveys/The Gallup Organization 25 Yanvar — 2 Fevral 2013 <center>69 11 5 5 10 Qərar vermiş seçicilərdən VTSIOM 25–29 Yanvar <center>61 27 4 5 3 Qərar vermiş seçicilərdən Baltic Surveys/The Gallop Organization 15–23 Yanvar<center>66 10 4 4 1.6 16% qərarsız idi Eufoa 15–20 Yanvar<center>68.6 20.8 5 5 1.5 Qərar vermiş seçicilərdən Sociometer Dekabr 2012<center>72 20 5.6 3 1.4 Qərar vermiş seçicilərdən

Exit-poll 18 fevral tarixində keçirilən seçkilərdən sonra exit-polun nəticələri

The Baltic Surveys/The Gallup Organizationun keçirdiyi sorğulara əsasən S. Sarqsyan 58%, R. Hovanisyan 32% səs almışdı.

Nəticələr Seçkilərin ilkin nəticələri fevralın 19-unda açıqlandı. Seçkilərdə namizədlərin 60,05%-i iştirak etdi. S. Sarqsyan qalib gəldi. Seçkilərin yekun nəticələri gələn həftə təsdiq olunacaq.

NamizədPartiyaSəslər%Serj SarqsyanRespublikan Partiyası861,16058.64%Raffi Hovanisyanİrs Partiyası539,67236.75%Hrant BagratyanAzadlıq Partiyası31,6432.15%Paruyr AyrikyanMilli Seçim Bloku18,0931.23%Andreas GusakyanPartiyasız8,3280.57%Vardan SedrakyanPartiyasız6,2030.42%Arman MelikyanPartiyasız3,5160.24%Ümumi1,468,615100%

Mənbə Ermənistan prezident seçkiləri MSK Ermənistan — Seçki nəticələri

Kateqoriya:2013-cü ildəki hadisələr Kateqoriya:Ermənistanda seçkilər Kateqoriya:18 fevraldakı hadisələr Kateqoriya:2013-cü ildə Ermənistan Kateqoriya:Ermənistanda prezident seçkiləri Kateqoriya:2013-cü ildə seçkilər