Hafiz Məmməd oğlu Məmmədov () — rəssam; əməkdar incəsənət xadimi.

Həyatı və fəaliyyəti Hafiz Məmmədov 1921-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1941-ci ildə Bakı Rəssamlıq Akademiyasını bitirmiş, məzunu olduğu məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır. Onun "Kəşfiyyatda" adlı ilk əsəri ilk dəfə 1941-ci ildə respublika sərgisində nümayiş olunmuşdurCeyhun. Hafiz Məmmədovun 90 illiyi qeyd olundu. "Mədəniyyət" qəzeti, 1 iyul 2011-ci il.

Hafiz Məmmədov İkinci dünya müharibəsində iştirak etmiş, Stalinqraddan Berlinədək şərəfli döyüş yolu keçmişdir.

O, 1946–1952 illərdə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunda təhsil almışdır.

Hafiz Məmmədov pedaqoji fəaliyyətlə məşğul olmuş, davamçılarını yetirmişdir.

Hafiz Məmmədov respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak etmişdir. O, 1959–1973 illər ərzində Misir, Sudan, Livan, İraq, Suriya, Mərakeş, Əlcəzair, Tunis, Macarıstan, Rumıniya və digər ölkələrdə keçirilən sərgilərdə Azərbaycan incəsənətini layiqincə təmsil etmişdir.

Hafiz Məmmədovun vəfatından sonra ilk sərgisi 1996-cı ildə keçirilmişdir. Milli Azərbaycan Dövlət İncəsənət Muzeyində 24 iyin 2011-ci ildə Hafiz Məmmədovun 90 illiyi münasibətilə yaradıcılığının bütün dövrlərini əks etdirən sərgi təşkil olunmuşdur. Sərgidə nümayiş olunan əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və rəssamın ailə kolleksiyasından seçilmişdir.

Hafiz Məmmədov 1946-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 1995-ci ildə vəfat etmişdir.

Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 18 dekabr 1980Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin müəllimlərinə respublika fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 dekabr 1980-ci il tarixli Fərmanı — anl.az saytı

İstinadlar

Mənbə Ceyhun. Hafiz Məmmədovun 90 illiyi qeyd olundu. "Mədəniyyət" qəzeti, 1 iyul 2011-ci il

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:SSRİ Rəssamlar İttifaqının üzvləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri