Azərbaycan–Böyük Britaniya münasibətləri — Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındakı ikitərəfli əlaqələr.

Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyır. Əməkdaşlıq hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində yaranmışdır.

Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımış və Azərbaycanın Avropada Əməkdaşlıq və Təhlükəsizlik Müşavirəsində (hazırda ATƏT adlanır) iştirakını dəstəkləmişdir.

Tarixi

Orta əsrlər Hələ 1561-ci ildə İngiltərə kraliçası I Elizabet şah I Təhmasibə məktub göndərərək qarşılıqlı əlaqələrin hər iki ölkə üçün faydalı olduğunu bildirmiş, ingilislərin “Moskva” ticarət kompaniyası tərəfindən XVI əsrin 60-80-ci illərində Səfəvilər dövlətinə 6 dəfə ekspedisiya göndərilmişdirBalamirzə Məmmədli. Azərbaycan Respublikası–Böyük Britaniya münasibətləri Vətən tarixşünaslığında. Tarix və onun problemləri, 2024, №4, s.295-306.. Birinci ekspedisiya 1561-1564; ikinci ekspedisiya 1563-1565; üçüncü ekspedisiya 1565-1567; dördüncü ekspedisiya 1568-1569; beşinci ekspedisiya 1568-1574; altıncı ekspedisiya isə 1579-1581-ci illərə təsadüf edirAzərbaycan - Böyük Britaniya əlaqələri tarixindən “Səs”.-2013.-7 fevral.-№23.-S.14.. Bununla orta əsrlərdə ilk dəfə olaraq Azərbaycan Səfəvi dövləti ilə İngiltərə arasında əlaqə yaranmışdır. Çoxsaylı ingilis səyyah və diplomatları (E.Cenkinson, A.Eduards, C.Fletçer, Şerli qardaşları və s.) Azərbaycana gəlmiş, 1621-ci ildə İngiltərə və Səfəvilər dövləti arasında “Əbədi dostluq” haqqında müqavilə imzalanmışdır.

Yeni dövr XIX əsrdə İngiltərənin ticarət maraqları Qafqaz regionları ilə ticarətin artmasına səbəb olduğu zaman formalaşmağa başladı. Bu zaman Azərbaycan Britaniya investorlarını cəlb edən mühüm neft hasilatı mərkəzinə çevrildiКеримов, Э. Политические отношения Азербайджана и Великобритании: современные вызовы и перспективы // – 2022. №3, – с. 12-25..

XIX əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda neft sənayesinin inkişafı Birinci Dünya müharibəsindən sonra dünyada, eyni zamanda, Qafqazda yaranmış yeni siyasi şərait Azərbaycanla İngiltərə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdur. Doktor Terri Adamsın fikrincə, Bakı nefti müasir beynəlxalq neft sənayesinin atasıdır. Bakıda geniş miqyaslı neft istehsalına hətta Pitsburqda (Pensilvaniya) polkovnik Dreykin neft fəaliyyətindən qabaq - 1872-ci ildə başlanmışdır.

1900-cü illərdə BP şirkəti kimi Britaniya şirkətləri Bakıda neft yataqlarının işlənməsində fəal iştirak edirdilər. 1917-ci il Oktyabr inqilabından və ondan sonra Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra iki ölkə arasında münasibətlər arxa plana keçdi. Bu dövrdə Böyük Britaniya, ilk növbədə, bölgədə Sovet təsirinə qarşı mübarizə aparmaqla məşğul idiElgün Məmmədli Müasir dövrdə Azərbaycan-Britaniya münasibətləri Gənc tədqiqatçı, 2024, №4, s.136-140..

AXC dövrü Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanasında Böyük Britaniyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə vitse-konsul Gevelke rəhbərlik etmişdirXarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri . axc.preslib.az .

1918-ci ilin yanvar ayında ingilis ekspedisiyası Azərbaycanın neft mədənlərinin Birləşmiş qüvvələrin (Almaniya və Osmanlı imperiyası) təsiri altına düşməsinin qarşısını almaq məqsədilə Bağdaddan Bakıya göndərildi. "Densterfors" adlandırılan əməliyyata general Lioner Denstervil başçılıq edirdi. Dunsterforce Bakıya 1918-ci ilin avqust ayında çatdı və qısa müddətli gərgin döyüşlərin ardınca (əsasən "Bakı naminə döyüşlər" adlandırılır) sentyabr ayında İrana geri qayıtdı. Osmanlı imperiyası və onu tərəfdaşları arasında Mudros sülh müqaviləsindən sonra ikinci britaniya döyüş bölməsi Osmanlı qoşunlarının Türkiyəyə geri dönməsinə əmin olmaq məqsədilə təkrar Bakıya gəldi və 1920-ci ilə qədər burda qaldı. Bu müddət ərzində Böyük Britaniya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında mərkəzi Tiflisdə yerləşən Britaniyanın Qafqaz üzrə Ali Komissarı Oliver Uoldrop vasitəsilə de fakto diplomatik əlaqələr quruldu. Bu çətin dövrdə general Tompsonun başçılığı altında Britaniya hərbi missiyası Azərbaycanda stabilliyin əldə olunmasında mühüm rol oynamışdır.

1920-ci ilin 11 yanvarında Versalda Azərbaycanın müstəqilliyinin de-fakto tanınması təklifi ilə məhz Müttəfiqlərin britaniyalı nümayəndəsi Corc Kerzon çıxış etmişdirr.

Müasir dövr 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən elan etdikdən sonra onun müstəqilliyi Böyük Britaniya tərəfindən 31 dekabr 1991-ci ildə tanındı. Diplomatik münasibətlər isə 11 mart 1992-ci ildə Britaniyanın dövlət naziri Duqlas Hoqqun Azərbaycana səfəri zamanı müvafiq saziş imzalanması ilə yaradılıb. Bu, Britaniya nazirinin Azərbaycana ilk səfəri idi. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 1992-ci ilin sentyabrında ticarət nümayəndəliyi kimi fəaliyyətə başlayıb. Krallığın Rusiyadakı səfiri həm də Azərbaycanın səfiri təyin olunub və etimadnaməsini 1992-ci ilin iyulunda Azərbaycan Prezidentinə təqdim edib.

Britaniyanın və dünyanın ən böyük neft şirkəti "BP" Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən ölkədə neft istismarı məqsədilə müəyyən addımlar atıb. 1992-ci ilin sentyabrında Birləşmiş Krallığın keçmiş baş naziri Marqaret Tetçer Azərbaycana qeyri-rəsmi səfər etdi, BP və Statoil şirkətlərinin Azərbaycan tərəfi ilə neft yataqlarının işlənməsi barədə hazırlıq sazişinin imzalanmasında iştirak etdir.

1993-cü ilin fevralında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Moskvada Britaniyanın Rusiyadakı və eyni zamanda Azərbaycandakı səfiri ilə görüşüb. Söhbət zamanı Heydər Əliyev ona blokadada olan Naxçıvanın ağır vəziyyəti haqda məlumat verib və Naxçıvanın maliyyə-iqtisadi çətinliklərinin aradan qaldırılması üçün Britaniya hökumətindən kömək göstərməsini xahiş edibAzərbaycan-Böyük Britaniya: əməkdaşlıq və tərəfdaşlıq 1991-2001. Bakı, "Əbilov, Zeynalov və oğulları", 2001..

1993-cü ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra hələ Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirərkən, Ali Sovetin sədri kimi Böyük Brtaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb. Görüş Ermənistanın Azərbaycana qarşı təcavüzünün qızğın dövründə, erməni silahlı birləşmələrinin Azərbaycanın Ağdam rayonuna hücumları vaxtı keçirilib. Heydər Əliyev Britaniyanın Azərbaycanda daimi səfirinin fəaliyyətə başlamasının zəruriliyini bildirməkdən əlavə, həmin məsələ ilə də bağlı ingilis diplomatına məlumat verib. Səfir Tomas Yanq Heydər Əliyevə Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığın öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Tomas Yanqın bəyanatına uyğun olaraq Britaniya hökuməti 27 iyul 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirib. Bir gün sonra isə BMT TŞ-də müzakirələr nəticəsində sədrlik edən Britaniyanın da təsiri ilə həmin rayonun işğalına qarşı 853 saylı qətnamə qəbul olunub.

1994-cü ilin 22-25 fevralında Azərbaycan Prezidentinin Böyük Britaniyaya ilk rəsmi səfəri Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Rəsmi səfər zamanı Prezident Heydər Əliyevin Baş nazir Con Meycor da daxil olmaqla Britaniyanın rəsmi şəxsləri ilə görüşləri baş tutdu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirildi və bir neçə mühüm sənəd, o cümlədən “Azərbaycan və Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə” imzalandı.

Londonda aparılan danışıqlar və bağlanılan sazişlərdən sonra 20 sentyabr 1994-cü ildə Bakıda Böyük Britaniyanın "BP" şirkətinin ən çox paya malik olduğu "Əsrin müqaviləsi" adlanan neft sazişi bağlandı. Bu müqavilədə BP 17,1%, “Remko” isə 2,08% paya sahib oldu.

3 yanvar 1996-cı ildə Böyük Britaniyadan Azərbaycana ən yüksək səviyyəli dövlət nümayəndəsinin, krallığın xarici və birlik işlər üzrə dövlət katibi Malkolm Rifkind səfər etdi. Səfər zamanı o, Azərbaycanın dövlət başçısı Heydər Əliyevlə görüşərək ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əlaqələrdə müxtəlif məsələlər haqqında söhbət aparıb. Danışıqlardan sonra Heydər Əliyevin iştirakı ilə Malkolm Rifkind Azərbaycanın xarici işlər naziri ilə "İnvestisiyaların qorunması haqqında saziş" imzaladı. Bununla Böyük Britaniya Azərbaycan Respublikasına kredit zəmanətləri vermiş ilk Qərb ölkəsi olduElnur Məmmədli. Azərbaycan-Böyük Britaniya münasibətləri (1991-2003-cü illər). Bakı, “Adiloğlu”, 2003. - s.122..

Azərbaycan Prezidenti Heydər Əliyev Birləşmiş Krallıq və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə 1998-ci ilin iyulunda Britaniyaya ikinci rəsmi səfərini etdiAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri (19-24 iyul 1998-ci il). Həmin səfərdə o, Böyük Britaniyanın baş naziri Toni Bleyr ilə qarşılıqlı münasibətlərin inkişafında əhəmiyyətli addım olan daha bir müqavilə - Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə imzaladı. Bu bəyannamədən başqa İngiltərə neft şirkətləri ilə üç neft sazişi bağlanıb. Heydər Əlyev kraliça II Elizabet ilə də görüşdüAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta ilə görüşdəki söhbətindən - London, Bukingem sarayı, 21 iyul 1998-ci ilHeydər Əliyev. Müstəqilliyimiz əbədidir. Bakı, 2005, 16-cı cild, s.332-336..

2004-cü ilin dekabrında Azərbaycanın prezidenti İlham Əliyev Böyük Britaniyaya səfəri zamanı ölkənin baş naziri Tone Bleyrlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə" yenidən təsdiqlənib.

Mədəni əlaqələr Birləşmiş Krallığın adından Bakıdakı Britaniya Şurası Azərbaycanın silahlı qüvvələrinə ingilis dilinin tədrisi üçün NATO ilə sıx əməkdaşlıq çərçivəsində sülhməramli ingilis dili layihələrini, həmçinin Azərbaycanlı gənc mütəxəssislərə Britaniyada təhsillərini davam etdirmək məqsədilə Çivininq təqaud proqramını həyata keçirir. Britaniya Şurası Bakıda 1993-cü ildən fəaliyyət göstərir. 1994-cü ilin fevral ayında sabiq Prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır. Britaniya Şurasının məqsədi islahatlarda Britaniyanın rolunu önə çəkmək, ingilis dilinin tədrisini və istifadə olunmasını genişləndirmək, mədəniyyət və incəsənət vasitəsiylə Britaniya yaradıcılığını və fərqliliyini nümayiş etdirmək və Britaniya təhsil təcrübəsini təbliğ etməkdir. Onun proqramları ilk olaraq 35 yaşından aşağı gənclər üçün nəzərdə tutulmuş və fərdi, həmçinin çoxtərəfli əməkdaşlıq yollu ilə həyata keçirilir.

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Mahmud Məmmədquliyev olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Cavanşir Feyziyev işçi qrupunun rəhbəridir.

Qarşılıqlı səfərlər barədə Yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri iki dövlət arasında əməkdaşlığın inkişafına təkan vermişdir

Britaniya rəsmilərinin Azərbaycana səfərləri