Con Bon Covi (; əsl adı John Francis Bongiovi) — ABŞ-dən musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır.

Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-cü ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır.

2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-cu ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-cu ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi. Con Bon Covi People jurnalı tərəfindən dünyadakı ən gözəl 50 insandan biri olaraq seçildiyi vaxt yenə eyni jurnal tərəfindən "Ən Seksual Rok Ulduzu" olaraq təyin olundu. 2009-cu ilin Yanvar ayında İngiltərədə statistik mövzusunda bir nüfuz olaraq qəbul edilən OnePoll tərəfindən skiddle.com'un dəstəyi ilə və olduqca genişmiqyaslı iştirakla həyata keçirilən bir ankete görə Rock Allahı anketində Freddi Merkyuri və Elvis Preslinin ardından üçüncü sırada yer aldı. Musiqiçi 2009-cu ildə bəstəkarlar üçün təşkil edilən Songwriters Hall of Fame tərəfindən şərəfləndirildi. Musiqiçiyə 2001-ci ildə Nyu Cersidə Monmouth Universiteti tərəfindən Elmlər Doktoru ünvanı verildi.

Diskoqrafiya

Solo Albomlar 1990 — Blaze of Glory 1997 — Destination Anywhere

Filmoqrafiya İl Film Rol 1990 Young Guns II 1995 Moonlight and Valentino Rəssam 1996 The Leading Man Robin Qranq 1997 Destination Anywhere Con Little City Kevin 1998 Homegrown Denni No Looking Back Maykl Row Your Boat Cemi Midovs 1999 Sex and the city Set 2000 U-571 (film)|U-571 Leytenant Pete Emmet Pay It Forward Riki Makkinni 2001–2002 Ally McBeal Viktor Morrison 2002 Vampirlər 2: Ölülər günü Derek Bliz 2005 Cry Wolf Riç Volker2006 National Lampoon's Pucked Frenk Hoper The West Wing Özü olaraq 2010 30 Rock Özü olaraq 2011 New Year's Eve Censin Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ musiqiçiləri