Azərbaycan Dövlət Fortepiano Triosu

Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb.

Fortepiano Triosunun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərlərilə zəngindir.

Fortepiano triosunun iştirakçıları Töhfə Babayeva – skripka-Bakı Musiqi Akademiyasının dosenti, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Musiqiçilərin Respublika müsabiqəsinin laureatı, Azərbaycan Respublikasının Əməkdar artistidir. Səbinə İbrahimova (violonçel) – Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Bakı Musiqi Akademiyasının müəllimidir. Nərgiz Əliyarova (fortepiano) – Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədidir. Musiqiçilərin II Respublika müsabiqəsinin laureatıdır.

İstinadlar Azərbaycan Dövlət Fortepiano Triosu

Kateqoriya:2002-ci ildə Azərbaycanda yarananlar