Tamilla Səid qızı Rüstəmova () — Azərbaycanlı aktrisa və pianoçu.

Həyatı Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır.

2020-ci ildə Moskvada vəfat etmişdir. Moskva şəhərində dəfn edilib.

Filmoqrafiya Böyük dayaq (film, 1962) — rol: Maya Ulduz (film, 1964) — rol: Ulduz Zirvə (1964) — rol: Sevda Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Növrəstə

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan pianoçuları Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan film aktrisaları