"Qırmızı günəş" () — rejissor Terens Yanqın filmi.
Məzmun
Yapon samurayı Kuroda Zübey diplomatik heyətin tərkibində ABŞ-nin qərb sahillərinə gəlir. Səfir imperatorunun qiymətli hədiyyəsi olan təntənəli qılıncı Amerika prezidentinə aparır. Qılınc təmiz qızılla işlənmişdir. Səfər vaxtı onların getdiyi qatara Qoşun rəhbərliyi altında quldur dəstəsi soxulur. Qoş pullarla yanaşı, qılıncı da götürür. Diplomatik heyətin başçısı Kurodaya yeddi gün ərzində əmanəti qaytarmaq əmri verir.
Qatarın qarətindən sonra Kuroda keçmiş quldur Link Stüartla birlikdə Qoşu axtarmağa gedirlər. Əgər samuray onu lazım olan vaxta qədər tapmasa, harakiri edəcək. O, tapşırığa yollananda Qoşu dərhal öldürməyi qərara almışdı. Lakin iş elə gətirir ki, samuray Linkə Qoşdan pullarla dolu xəlvəti yeri öyrənməyə imkan yaradacağına söz verir.
Kuroda və Link təyin edilmiş yerə gəlib çatırlar. Onlar burada özlərini hinduların hücumundan müdafiə etməli olurlar. Bütün toqquşmalar bitəndən sonra Kuroda Linkin işarəsilə qarşısında olan yaralı Qoşu öldürməyə cəhd edir. Lakin Qoş cəld tərpənərək çevrilir və samuraya atəş açır. Bunu görən Link həmin dəqiqə dostunun qisasını almağı düşünür və Qoşu öldürür.
Ölümcül halda olan Kurodaya qılıncı səfirə qaytarmağı söz verir. O, Qoşun rəfiqəsi Kristinanı da özü ilə aparır. Dəmiryol xəttinə səfirlə görüşməyə qayıdan Link Kurodaya verdiyi vədə əməl edir.
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin müəllifi : Lerd Köniq Ssenari müəllifləri : Denni Bart Petitkler, Uilyam Roberts, Lourens Roman Rejissor : Terens Yanq Operator : Anri Alekan Bəstəkar : Moris Jarr Prodüser : Ted Riçmond
Rollarda
Çarlz Bronson – Link Stüart Ursula Andress – Kristina Toşiro Mifune – Kuroda Zübey Alen Delon – Qoş Kapuçine – Pepita Bart Berri – Pako Li Börton Toni Douson Con Hamilton Corc Layken Lük Merenda Satoşi Nakamura Co Nieto Jül Penya Monika Randall Hiroşi Tanaka – Muroda Con B. Vermont Nakamura Tesu – yapon səfiri
İstinadlar
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16.
Kateqoriya:Fransa filmləri Kateqoriya:İtaliya filmləri Kateqoriya:İspaniya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Döyüş filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:Vestern filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Terens Yanqın filmləri Kateqoriya:1971-ci ilin filmləri Kateqoriya:İspaniyanın vestern filmləri Kateqoriya:İspaniyanın döyüş filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:İngilis dilində vestern filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:Fransanın triller filmləri Kateqoriya:İspaniyanın triller filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:İspaniyada çəkilən filmlər