“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev, Əlixan Səmədov kimi sənətçilər ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə).
Tarixi Mahnı 1973-cü ildə Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra özü xərçəng xəstəliyinə düçar olur və o, uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
Mətni Mahnının mətni Deyirdin baharda görüşərik biz Bahar gəldi keçdi, sən gəlməz oldun Daşlaramı dəydi sındı əhdimiz? Aylar, illər keçdi, sən gəlməz oldun
Sən gəlməz oldun, sən gəlməz oldun, Sən gəlməz oldun, yarım Gözləyirəm mən, gözləyirəm mən, gözləyirəm mən Sən gəlməz oldun
Deyirdin qapına qonaram quş tək Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun Yaşamaq eşqi ilə vəcdə gələrik Quşlar yuva qurdu sən gəlməzoldun
Sən gəlməz oldun, sən gəlməz oldun, Sən gəlməz oldun, yarım Gözləyirəm mən, gözləyirəm mən, gözləyirəm mən Sən gəlməz oldun
İstinadlar
Kateqoriya:Azərbaycan mahnıları Kateqoriya:Ələkbər Tağıyevin mahnıları Kateqoriya:Azərbaycan dilində mahnılar Kateqoriya:1967-ci ilin mahnıları