Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov; ) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü.
Həyatı Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə) Tovuzun Əlimərdanlı kəndində anadan olubMəhərrəm Hüseynli, "Tovuz — aşıqlar diyarı…" — tezadlar.az saytı . Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdur
Aşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb.
Dayısı Molla İsmayılın yanında mükəmməl şəriət təhsili almışdır. Aşıq nəcəfin babası Kərbəlayı Hüseyn Kərbəlayı Pənah oğlu uzun müddət Əlimərdanlı kəndinin koxası olmuşdur.
Üç şeirlər kitabı nəşr edilib. 1937-ci ildən SSRİ YB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndkeçirsə başa, ə seçilib.
1942-ci il yanvar ayının əvvəllərində hərbi səfərbərliyə alınmış, 26-cı atıcı alayının tərkibində cəbhəyə getmiş və cəbhədə qəhrəmanlıqla döyüşmüşdür. O bu döyüşlərdə sağ gözünü itirib.
1946-cı il sentyabr ayinın 12-də vəfat edib. Məzarı doğma kəndindədir.
Kitabları "Əlimərdanlı Aşıq Nəcəf", 1979. (Toplayanı: Rüstəm Rüstəmzadə), * "Əlimərdanlı Aşıq Nəcəf", 2001. "Ağrıdağ" nəşriyyatı, toplayanı və nəşr etdirəni nəvəsi Şair Alıyev Məzahir Şahniyar oğlu, "Düşdüm eşqin sevdasına", 2010. "Nurlan" Nəşriyyatı, nəşr etdirən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva.
İstinadlar
Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Tovuz rayonunda doğulanlar Kateqoriya:Tovuz rayonunda vəfat edənlər Kateqoriya:Tovuz rayonunda dəfn olunanlar Kateqoriya:Azərbaycan Aşıqlarının I Qurultayının nümayəndələri