Elxan Məmməd oğlu Qasımov () — Azərbaycan kinorejissoru, aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (2000).Qasımov, E. "Dubl"suz müsahibə : "Əhməd" olaraq 53, özü olaraq 70 yaşı tamam olan Əməkdar artist Elxan Qasımov ilə…: [aktyorla müsahibə] /müsahibəni apardı Tahir Abbaslı //Mədəniyyət.- 2015.- 24 aprel.- S.13.
Həyatı Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə gedib, basketbolla, voleybolla məşğul olub. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış edib. Bakıda rəqqas kimi festival laureatı olub. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olan Elxan M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973–1978) təhsil alıb. "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
2023-cü ilin may ayında səhhətində problemlər yaranıb. 29 may 2023-cü ildə aorta anevrizmasının partlaması səbəbi ilə vəfat etmişdir. Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.
Ailəsi Elxan Qasımov İntizar adlı xanımla ailə həyatı qurub. Cütlüyün 1972-ci ildə Kəmalə adlı qızı, 1973-cü ildə isə Samir Qasımov adlı oğlu dünyaya gəlib. Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib. Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu.
Filmoqrafiya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları