Sputnik-1 - dünya ölkələrində ilk dəfə olaraq kosmosa çıxarılan ilk və müstəqil olan süni peykdir. 1957-ci il 4 oktyabrda "Sputnik-1" adlı peyk yerin ilk süni peyki olaraq SSRİ tərəfindən orbitə buraxılmışdır. Həmin tarixi gün bəşəriyyətin kosmik erasının başlanğıcı sayılır, hazırda isə Rusiyada Kosmik Qüvvələr günü kimi qeyd olunur. Süni peykin yaradılmasında praktiki kosmonavtikanın banisi sayılan Sergey Korolyov başda olmaqla, Keldış, Lidorenko, Tixonravov və başqa tanınmış alimlər iştirak etmişlər.
Ədəbiyyat Первая космическая (сборник статей, посвящённых 50-летию начала космической эры) / составитель О. В. Закутняя. — М., 2007. — ISBN 978-5-902533-03-0.
Kateqoriya:Süni peyklər Kateqoriya:1957-ci ildə SSRİ-də yarananlar Kateqoriya:SSRİ ixtiraları Kateqoriya:Soyuq müharibə terminləri