Karl Edvard Saqan (; ) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı.

Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir.

Təhsili və elmi karyerası Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır. Universitet illərində genetik H. J. Müllerin laboratoriyasinda çalışır.

1960-cı illərin əvvəllərində alimlərdən heç kimdə Venera planetinin səthi haqda təsəvvür yox idi. Saqan öz məqaləsində planetdə mümkün olan şərtləri qeyd etmişdir. Karl Saqanın özü belə hesab edirdi ki, planetin səthi quru və istidir.

1960–1962-ci illərdə Saqan Çikaqo Universitetində "Yerk rəsədxanası"nda, Kaliforniya Berkli Universitetində və Stenford Universitetində assistent olaraq çalışmışdır. 1962–1968-ci illərdə Harvard Universitetində astronomiyadan dərs demişdir. 1968-ci ildə Kornel Universitetidə fəaliyyətini davam etdirmişdir. 1971-ci ildə astronomiya və kosmik tədqiqatlar üzrə professor və planetlərin öyrənilməsi laboratoriyasının direktoru olmuşdur.

Onun praktiki olaraq bütün Günəş sisteminin öyrənilməsi üçün nəzərdə tutulmuş kosmik layihələrə tövhəsi olmuşdur. O, ilk dəfə olaraq Günəş sistemini tərk edən kosmik aparatlarla yerdənkənar sivilizasiyalara "göndəriş" göndərməyin ideayasını irəli sürmüşdür. Karl Saqan göndərişlər üzərində işini davam edirdi. Ən detallı göndərişi isə proqramda onun da iştirak etdiyi "Voyacerin" qızıl plastinkası" idi.

Elmi nailiyyətləri Saqan Saturnun peyki Тitanda və Yupiterin peyki Avropada okeanların olması hipotezini ilk irəli sürənlərdən olmuşdur.

Saqan, həmçinin Veneranın atmosferini, Marsda və Titanda fəsil dəyişiklərinin öyrənilməsinə nəzərəçarpacaq töhfələr vermişdir. O müəyyən etmişdir ki, Venera planetinin atmosferi çox isti və sıxdır. O həm qeyd edir ki, qlobal istiləşmə insanlar tərəfindən yaradılmış süni təhlükədir.

Karl Saqan Marsda fəsil dəyişikliyinin qum tufanının səbəb olması hipotezini irəli sürmüşdür.

Elmin populyarlaşdırılması 300px|thumbnail|left|Planetar Cəmiyyətin nümayəndələri təşkilatla əlaqəli toplantıda Karl Saqan yerdənkənar sivilizasiyaların axtarışı ideyasını vermiş ilk alimlərdən olmuşdur. Saqan məşhur 13 seriyalı "Kosmos: fərdi səyahət" elmi sənədli filminin müəllifidir, özü isə bu filmdə hadisələri nəql edən rolunda çıxış etmişdir. Serialın ideyasını Saqan Yakov Bronovskinin "İnsanın yaranışı" serialından götürmüşdür. Serialda saundtrek kimi Bax, Vivaldi, Motsart, Stravinski, Şostakoviç, Xovanessa və s. bəstəkarların musiqiləri səslənmişdi. Karl Saqan, həmçinin elmin təbliğatı və populyarlaşdırılması üçün kitablar yazırdı. Belə kitablardan biri "Kosmos: fərdi səyahət" serialının bəzi mövzularını daha da işıqlandıran "Kosmos" kitabıdır.

Əsas işləri "Planetlər" Karl Saqan və Conatan Nortom Leonard "Life" — Time Inc. jurnalının redaktorları ilə birgə, 1966. "Kainatda şüurlu həyat" (), К. Saqan və İosif Samuiloviç Şklovski. Random House, 1966. "Yerdənkənar şüurla əlaqə" (), К. Saqan. MIT Press, 1973. "Mars və İnsan Şüuru" (), К. Saqan və b. Harper & Row, 1973. "Digər dünyalar" (), К. Saqan. Bantam Books, 1975. "Yer səsləri: Voyacerin ulduzlararası yazısı" (), К. Saqan və b. Random House, 1977. "Nüvə qışı: Atom müharibəsindən sonrakı həyat" (), К. Saqan və b. Sidgwick & Jackson, 1985. "Кontakt", К. Saqan. Simon and Schuster, 1985; "Heç kimin fikirləşmədiyi yol: Atom qışı və orduların sonu (), К. Saqan və Riçard Tarko. Random House, 1990 "Ədəmin əjdahaları: Insan beyninin təkamülü haqda mübahisə" (), К. Saqan. Ballantine Books, dekabr 1989, ISBN 0-345-34629-7, 288 seh. "Brokun beyni: Elmi Romansların müzakirəsi" (), К. Saqan. Ballantine Books, 1993, ISBN 0-345-33689-5, 416 seh. "Unudulmuş əcdadların kölgəsi: Kim olmağımız üzərində axtarış" (), К. Saqan və E. Druyn. Ballantine Books, 1993, ISBN 0-345-38472-5, 528 seh. "Kometa" (), K. Saqan və E. Druyan. Ballantine Books, 1997, ISBN 0-345-41222-2, 496 səh. "Solğun mavi nöqtə: İnsanlığın kosmik gələcəyə baxışı"(), К. Saqan. Ballantine Books, 1997, ISBN 0-345-37659-5, 384 seh. "Milyardlarla milyardlar: Minniliyin sonunda yaşam və ölüm haqda fikirlər" (), K. Saqan və E. Druyan. Ballantine Books, 1998, ISBN 0-345-37918-7, 320 seh. "İblislərlə dolu dünya. Elmin şam işığında" (), К. Saqan. Ballantine Books, 1997, ISBN 0-345-40946-9, 480 səh. "Kosmik əlaqələr" (), К. Saqan və Derom Eydjel. Cambridge University Press, 2000, ISBN 0-521-78303-8, 301 səh. "Kosmos: fərdi səyahət" (), К. Saqan. Random House, 2002, ISBN 0-375-50832-5, 384 səh. "Elm tanrı axtarışında" (), К. Saqan. E. Druyanın redaksiyası ilə, 1985 mühazirə Gifford, Penguin Press HC, noyabr 2006, ISBN 1-59420-107-2, 304 səh

İstinadlar

Ədəbiyyatlar

Rəhim HƏSƏNOV. KARL SAQANIN KOSMOLOJİ BAXIŞLARI. Journal of “HISTORY OF SCIENCE” (ISSN: 2790-0029), 2026, Cild 7, Say 1, Sıra 24. ss.58-67

Xarici keçidlər The Carl Sagan Portal Video of skit from The Tonight Show Starring Johnny Carson mentioning "billions and billions" BBC Radio program "Great Lives" on Carl Sagan's life A Man whose time Has come—Interview with Carl Sagan by Ian Ridpath, New Scientist 1974 July 4

Carl Sagan Prize for Science Popularization Sagan Medal for Excellence in Public Communication in Planetary Science, presented by the American Astronomical Society's Division for Planetary Sciences (AAS/DPS) Carl Sagan Center for the Study of Life in the Universe, SETI Institute Carl Sagan's Life and Legacy as Scientist, Teacher, and Skeptic , Committee for Skeptical Inquiry A Tribute to Carl Sagan: Our Place in the Universe, The Skeptics Society http://en.wikipedia.org/wiki/Carl_Sagan http://www.lib.ru/INOFANT/SAGAN Космос: эволюция Вселенной, жизни и цивилизации Sagan, Carl Edward (1934–1996)

Kateqoriya:ABŞ astronomları Kateqoriya:ABŞ alimləri Kateqoriya:Çikaqo Universitetinin məzunları Kateqoriya:Planetoloqlar Kateqoriya:Karl Saqan Kateqoriya:Pasifistlər Kateqoriya:Ateistlər Kateqoriya:Panteistlər Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Astrobiologiya Kateqoriya:Yerdənkənar intellekt axtarışı Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:Astrofiziklər Kateqoriya:ABŞ fantastika yazıçıları Kateqoriya:ABŞ kişi romançıları