Sərəxs şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Sərəxs şəhəridir.

Əhalisi 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 85,524 nəfər və 19,485 ailədən ibarət idi.

Milli tərkibi Sərəxs bölgəsinin milli tərkibi qarışıqdır, belə ki burada Türklər (Azərbaycan kökənlilər, Şahsevənlər və Kəlat bölgəsindən olan Xorasan türkləri), Türkmənlər, Bəluclar, Ərəblər, Farslar və Həzaralar yaşayırlar.

Dini tərkibi Əhali bütünlükdə müsəlmandır. Bölgə əhalisi şiələr və sünnilər (hənəfilər) dən ibarətdir.

İstinadlar

Kateqoriya:Rəzəvi Xorasan ostanının şəhristanları