Göytəpə su anbarı — Azərbaycan Respublikasının cənub bölgəsində Cəlilabad rayonu ərazisində Göytəpəçayın məcrasında yerləşir.

Su anbarının işçi layihəsi 1985–1986-cı illərdə tərtib olunmuş və tikintisinə başlanmışdır.

1990-cı illərdə Azərbaycan Respublikasında çətin vaxtlar yaşanırdı, iqtisadiyyatın tənəzzül dövrü idi. Bununla əlaqədar olaraq su anbarının tikintisi yarımçıq qalmış, torpaq bəndin və qapalı suvarma şəbəkəsinin tikintisi qismən yerinə yetirilmişdir.

Lakin sonrakı dövrlərdə (20 ildən sonra) Göytəpə su anbarının bərpasına böyük ehtiyac olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 01 fevral 33s saylı sərəncamına əsasən həmin obyektin layihələndirilməsinə və tikintisinə vəsait ayrılmışdır. Layihə sənədləri "Azdövsutəslayihə" institutu tərəfindən hazırlanmış və tikinti işləri 2010-cu ildə başa çatmışdır.

30 aprel 2010-cu ildə tikintisi başa çatmış, Prezident İlham Əliyevin iştirakı ilə Göytəpə su anbarının açılış mərasimi keçirilmışdirPrezident İlham Əliyev Göytəpə su anbarının açılışında iştirak edib.

Texniki göstəriciləri Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 550m və su anbarının ümumi həcmi 3.8mln.m³-dur. Suvarılacaq sahə 500 hektardır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan su anbarları Kateqoriya:Göytəpə (Cəlilabad)