HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur.
Qrupun orijinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri : Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır.
Qrupun simvolu Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir.
İlk vaxtlar Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar. 1999-ci ildə Razorblade Romance, 2001-ci ildə "Deep Shadows and Brilliant Highlights" adlı albomları buraxılıb.
Qrupun məşhurlaşmağı 2003-cü ildə qrupun "Love Metal" adlı albomu buraxıldı. Bu albom qrupu bütün dünyada tanıtdırdı. "Love Metal" albom qapağında Ville Valonun şəkli olmayan ilk albom oldu. Qapaqdakı qızıl rəngli Heartagram logosu, artıq qrupunun əvəzolunmaz simvolu oldu.Albomun ilk sinqlı " The Funeral Of Hearts" treki ABŞ-də 15-ci yeri, Almaniyada 3-cü musiqi siyahısında yer almışdır. Daha sonra qrup Bam Margera ilə müqavilə imzalayaraq, qrupun meneceri olaraq dünya qastrollarına çıxmağa başlayaraq məşhurlaşdılar. 2005-ci ildə "Dark Light" albomu buraxıldı. Bu albom yeganə Finland qrupudur ki, Amerikada 500.000 nüsxə satış edib. ABŞ-də qızıl sertifikat qazandılar. Bu, ABŞ-də bir Fin qrupunun qazandığı ilk və yeganə qızıl sertifikatdır. Daha sonra HIM qrupu 2007-ci ildə "Venus Doom" , 2010-cu ildə "Screamworks: Love in Theory and Practice" adlı albomları buraxılıb.
Tears On Tape - 2013 Qrupun meneceri Bam Margera-sız HIM problemlər yaşamağa başladı. 2013-cü ildə Tim Palmer meneceri olan "Tears On Tape" qrupun sayca 8-ci studio albomu buraxıldı. 2017-ci ilə qədər davam edən qrup, HIM-in fəaliyyətini dayandırdılar. Ville Valo indi hal-hazırda öz ad soyad baş hərflərindən yaratdı V,V adlı proyekti icra edir. 2020-ci ildə "Gothica Fennica Vol. 1" adlı 4 trekdən ibarət albomunu buraxmışdır.
Diskoqrafiya Studio albomlar 1997 — Greatest Lovesongs vol. 666 1999 — Razorblade Romance 2001 — Deep Shadows and Brilliant Highlights 2003 — Love Metal 2005 — Dark Light 2007 — Venus Doom 2010 — Screamworks: Love in Theory and Practice 2013 — Tears On Tape
Qrup üzvləri 700px|thumbnail|center| Mikko Paananen, Mika Karppinen, Ville Valo, Yanne Puurtinen, Mikko Lindstrem
İstinadlar
Kateqoriya:Finlandiya musiqi qrupları Kateqoriya:1991-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Finlandiya metal musiqi qrupları Kateqoriya:Universal Music Group artistləri Kateqoriya:Kvintetlər