Antakya və ya tarixi azərbaycancada Əntakiyə — Türkiyənin cənubunda, Suriya sərhədinin yaxınlığında olan Hatay ilində şəhər və onun inzibati mərkəzi.

Tarixi Əntakiyəni e.ə. 300-cü ildə Makedoniyalı İsgəndərin sərkərdəsi I Selevk Nikator salmış və atası Antioxun adını vermişdir. 1516-cı ildə türklər Əntakiyəni alandan sonra Əntakiyə adlandırılmışdır. Roma tikililərindən stadionun, yaşayış evlərinin, şəhərkənarı mozaikalı mülklərin, Asi çayı üzərindəki körpünün, 5 darvazalı Bizans divarlarının qalıqları saxlanılmışdır. Şəhərkənarı Dafnada teatr (2 əsr), qəbiristanlıq (381), Müqəddəs Pyotr mağara məbədi (4–5 əsrlər) qalmışdır. Əntakiyənin ətraf yerlərində erkən xristian xarabalıqlarından müqəddəs Semyon (541–565), Müqəddəs Varlaam (6 əsr) monastırları, islam abidələrindən Ulu Came (16 əsr), Həbib Nəcar məscidi saxlanılmışdır. Hatay arxeoloji muzeyi var. Əhalisi 352 min (2007). Asi çayı sahilindədir. Avtomobil yolları qovşağı. Yeyinti, toxuculuq sənayesi, müəssisələri var.

Qardaş şəhərlər Aalen (1995-ci ildən)

İstinadlar

Xarici keçidlər Əntakiyə şəkilləri Əntakiyə Muzeyinin şəkilləri

Kateqoriya:Türkiyə şəhərləri Kateqoriya:Hatay ili Kateqoriya:Türkiyənin ilçələri Kateqoriya:Antakya Kateqoriya:Türkiyədəki qədim yunan arxeoloji abidələri Kateqoriya:Türkiyədəki Qədim Roma arxeoloji abidələri Kateqoriya:İpək yolundakı şəhərlər Kateqoriya:Müqəddəs şəhərlər Kateqoriya:Antioxiya Kateqoriya:Bizans imperiyası şəhərləri Kateqoriya:E.ə. 300-cü illərdə yarananlar Kateqoriya:E.ə. IV əsrdə yaranan yaşayış məntəqələri