Naxçıvan Dövlət Texniki Kolleci — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi.
Tarixi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 nömrəli Qərarı.
30 aprel 2012-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş, ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı. həmin vaxtdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2012-ci il tarixli 90 nömrəli Qərarı.
2023-cü ilin avqutsun 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.
Kontingent Hazırda kollecdə 455 tələbənin təhsili ilə 36 müəllim məşğul olur. 2016–2017-ci tədris ilində kollecə 123 tələbə qəbul olunub.Naxçıvan Dövlət Texniki Kollecinin yeni tədris kompleksi istifadəyə verilib . muallim.edu.az, 15.10.2016
Tədris kompleksi 10 oktyabr 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kollecinin yeni tədris kompleksinin istifadəyə verilməsi ilə bağlı açılış mərasimi olmuşdur. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edərək, Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə kollecin müəllim və tələbələrini təbrik etmişdir.
Kollecin binası 5 mərtəbədən ibarətdir. Binada 14-ü elektron lövhəli olmaqla 26 auditoriya, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun 10 fənn kabineti, Heydər Əliyev lektoriyası, 3 kompüter otağı, baytarlıq fənn komissiya otağı, müəllimlər otağı, kitabxana, bufet və 120 yerlik iclas zalı vardır.
İnformasiya texnologiyaları Təhsil ocağının informasiya texnologiyaları ilə təminatı diqqətdə saxlanılıb; burada 66 kompüter quraşdırılıb və internetə qoşulub.
Kitabxanası Kitabxanada 2850 dərslik və 1175 bədii ədəbiyyat olmaqla, 4025 kitab müəllim və tələbələrin istifadəsinə verilib.
İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Mühasibat uçotu; Bank işi; Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); Yol hərəkətinin təşkili; Baytarlıq.
İstinadlar
Xarici keçidlər Naxçıvandakı orta ixtisas məktəbləri
Kateqoriya:Azərbaycan orta-ixtisas təhsili müəssisələri Kateqoriya:26 avqustda yarananlar Kateqoriya:2002-ci ildə Azərbaycanda yarananlar