Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisəsi.
Tarixi 1934-cü ildə Xalq Təsərrüfatı Uçotu məktəbinin əsası qoyulmuşdur. 1934–1936-cı illərdə Bakı Xalq Təsərrüfatı Uçotu məktəbi, 1936-cı ildən Bakı Xalq Təsərrüfatı uçotu texnikumu adı ilə fəaliyyət göstərmişdir. 1941–1945-ci illərdə müharibə dövrü ilə əlaqədar olaraq texnikumun fəaliyyəti müvəqqəti dayandırılmışdır. 1946-cı ildə Mərkəzi statistika idarəsi nəzdində Bakı statistika texnikumu adı ilə yenidən fəaliyyətə başlamışdır.
1966-cı ilin iyul ayından adı dəyişdirilərək Maliyyə-Kredit texnikumu, 1992-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetiniun 3 mart 1992-ci il tarixli 119 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılmışdır. Respublikada orta ixtisaslı iqtisadçı kadrların hazırlanması ilə məşğul olan bu tədris müəssisəsi respublikada ilk kollecdir. Müəssisə fəaliyyət göstərdiyi müddətdə bir neçə dəfə struktur və ad dəyişikliklərinə məruz qalmış, sonradan Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyətini davam etdirmişdir. Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır.
İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi. Mühasibat uçotu; Maliyyə işi; Sosial iş Statistika Vergi və vergitutma
İstinadlar
Kateqoriya:Azərbaycan orta-ixtisas təhsili müəssisələri Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin kollecləri