Keith Wayne (; 16 yanvar 1945-9 sentyabr 1995) — ABŞ aktyoru. Ən yaxşı rolu Yaşayan ölülərin gecəsi filmində Tom roludur. Film karyerası boyu cəmi bir filmə çəkilmişdir.
Həyatı Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində Pensilvaniya ştatının Vaşinqton şəhərində anadan olmuşdur. Əsl adı "Ronald Keyt Hartman" () kimidir. İlk təhsilini "Masfield Universiteti"ndə musiqi üzrə almışdır. Bir çox tetar səhnələrində rol almışdır. 1968-cı ildə Yaşayan ölülərin gecəsi adlı filmdə iştirak etmişdir. Ayrıca olaraq filmdən sonra bir neçə il "Ronnie and the Jestors" adlı çox populyar olmayan dans-pop janrında ifa edən qrupda ifaçı kimi çalışmışdır. Musiqi karyerasını bitirdikdən sonra insanları əl ilə müalicə edən Hiropraktor sahəsində çalışmşdır. Keyt Ueyn 9 sentyabr 1995-ci il tarixində 50 yaşında Şimali Karolinanın Keri şəhərində vəfat etmişdir.
Filmoqrafiya İl Filmin adı Rol1968 Yaşayan ölülərin gecəsi Tom
Xarici keçidlər
Kateqoriya:ABŞ aktyorları