Milli Sənət Qalereyası () - ABŞ-nin Vaşinqton şəhərində yerləşən muzey, rəsm qalereyası. Milli Sənət Qalereyasının indiki direktoru Erl Poveldir. MSQ-nin binası 1938-ci ildə ABŞ Konqresi tərəfindən inşa edilmişdir. 1940-cı ildən etibarən Milli Sənət Qalereyasına dünyanın müxtəlif yerlərindən dəyərli tarixi abidələr, heykəllər və rəsm əsərləri gətirilməyə başlandı. Andrey Mellonun şəxsi kolleksiyasını muzeyə bağışlaması MSQ-nin arxivini daha da zənginləşdirmişdir. Hazırda Milli Sənət Qalereyasında 2000-dən çox heykəl, rəsm əsəri, dekorativ sənət əsərləri saxlanılır.
thumb|Right|250px|Milli Sənət Qalereyası
Ədəbiyyat
David Cannadine, Mellon: An American Life, Knopf, 2006, ISBN 0-679-45032-7
Kateqoriya:ABŞ-dəki incəsənət muzeyləri Kateqoriya:Vaşinqton şəhəri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Vaşinqton şəhərinin görməli yerləri