Soldan axırıncı ev () — 1972-ci ildə Triller janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxildir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Prodüserlərdən biri isə Şon Kanninhemdir. Rollarda isə Sandra Paybadi, Luci Qrentxem, David Xess, Fred Lincoln, Mark Şefler, Jeraime Rain, Martin Kovdur. Film nümayişə girdiyi tarixdə ehtiva etdiyi şiddət və cinsilik səbəbiylə müzakirələrə səbəb olmuşdur. Üzərinə bir çox iş və araşdırma edilən film bəzi ölkələrdə qadağanlı videolar siyahısına girmişdir. Bu film Böyük Britaniyada ilk dəfə qadağan edilmişdir. "Soldan axırıncı ev" filmi 1960-cı ildə məşhur İsveç rejissoru İnqmar Berqmanın xalq balladası olan "Vinqedən Terenin qızlar" (Tores Dotter I Vange) əsasında çəkdiyi "Qız mənbəsi" adlı filminin motivləri əsasında hazırlanmışdır. Filmin 2009-cu ildə çəkilən remeykinin rejissoru Dennis İliadisdir və prodüserlərindən biri Ues Kreyven, digəri isə "13-cü Cümə" filminin də prodüseri olan Şon Kanninhemdir.
Məzmun Kolinvud ailəsi 3 nəfərdən ibarətdir. Ailənin yeganə qızı Meridir. O, 17-ci yaş gününü qeyd etmək üçün rəfiqəsi Filis ilə birlikdə fanat olduqları bir rok-konsertə gedirlər. Amma, yolda gedərkən maşının radiosunda iki cinayətkarın qaçdığı xəbərini eşidirlər. Onlardan biri Krug Stillo (David Hess), digəri isə "Gəlincik" adı ilə tanınan Fred Podovskidir (Fred Lincoln). Onlar qaçarkən iki polis əməkdaşı və arxalarından göndərilən bir alman iti də öldürülüb. Axşam qızlar marixuana almaq üçün küçədə gəzişirlər. Onlar burada qaçan cinayətkarlardan Jr. Stillo ilə (Marvin Heyz) rastlaşırlar. Stillo onları narkotika vermək adı ilə evlərinə aparır. Qızlar içəri keçərkən Stillo qapını bağlayır və cinayətkarlar onlara sataşırlar. Digər tərəfdə isə Merinin atası və anası öz evində qızına ad günü tortu hazırlayır. Səhər tezdən qızlar əlləri bağlı öldürülmək üçün meşəyə götürülür və orada işgəncələrə məruz qalırlar. Sonradan Filis qaçaraq canını xilas edir və yola çıxarkən Krug Stillo qılıncla onun qarşısını kəsir. Cinayətkarlar sonda Fillisə dəhşətli işgəncələr verdikdən sonra onu müxtəlif nahiyələrindən bıçaqlayaraq ürəyini çıxarır. Meri isə rəfiqəsi Filisin xəbərini gözlədiyi anda Stillo ona ölmüş rəfiqəsinin ürəyini göstərir və ümidsiz Meri bataqlığa gedir. Nəticədə, Krug Stillo tərəfindən silahla bataqlıqda vurularaq öldürülür. Cinayətkarlar isə qaçaraq başqa bir evə sığınırlar. Sonradan aydın olur ki, həmin ev Merinin ailəsinin evidir. Xanım Kollinvud kömək üçün özünü piss hiss edən Cunior Stillonun boynundakı boyunbağıdan şübhələnir və onlar ölmüş Meri və Fillisin izlərini tapmağa cəhd edirlər. Nəhayət, şübhələrdən sonra ailə gecə meşədə qızların cəsədləri ilə rastlaşırlar. Sonda valideynlər cinayətkarları öldürərək qızlarının intiqamını alır və polis içəri daxil olur. Film də burda da sona çatır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:1972-ci ilin ABŞ filmləri
Kateqoriya:Ues Kreyvenin filmləri Kateqoriya:Müstəqil filmlər Kateqoriya:Film mübahisələri Kateqoriya:ABŞ-nin zorlama və qisas haqqında filmləri Kateqoriya:ABŞ-də uşaq oğurluğu haqqında filmlər Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:1972-ci ilin filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Psixopatlar və sosiopatlar haqqında filmlər Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:Konnektikutda çəkilmiş filmlər