Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, və ya ) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır. Cənub dənizində hakimiyyəti keçirmək üçün varlı tacirlərdən biri olan Xanım Yami quldurların köməyinə arxalanır. Bu səbəbdən Çanq Boqo iki böyük qüvvə ilə mübarizə aparmalıdır. Serialda Lisadonun Çinə qarşı üsyan edərək məğlub olmasından bir neçə epizodda göstərilir. Serial boyu baş verən hadisələr IX əsri əhatə edir.Dənizlər imperatoru Asianwiki.com saytında, Yoxlanılıb: 4 oktyabr 2014
Serialın adı olan "Dənizlər imperatoru" əslində "Dəniz tanrısı" mənasını verən "Haeshin" sözündən götürülmüşdür. Serial 51 bölüm sayından ibarətdir. Hər Filmin çəkilişi Cənubi Koreya kanalı olan KBS2 TV tərəfindən aparılmışdır. Filmin çəkilişi isə 8 aya başa çatmışdır. Serial 24 noyabr 2004 və 25 may 2005-ci il tarixi ərzində həftənin Çərşənbə və Cümə axşamı günləri KBS2 TV kanalı ilə yayımlanmışdır. Baş rollarda Çoy Su Conq, Sonq İl Quk, Su Ae, Çae Şi-ra və digərləri ifa edir. Film turistlərin əsas axın istiqamətlərindən biri olan Cənubi Koreyanın cənub-qərbində inzibati dairə Çolla-Namdoya məxsus Vandoda çəkilmişdir. Həmçinin, "Dənizlər imperatoru" teleserialı tənqidçilər tərəfindən müsbət qarşılanmışdır.
Məzmun
Çanq Boqo adi qullardan birinin uşağı olur. Uşaqlıq vaxtlarında Yan Hua adında bir qızı sevir. Amma onunla bərabər Yeom Yanq adında quldur yeniyetmə Can Huaya aşiqdir. Yeom Yanq Can Huanı görən ilk andan onu üzünü belə görməmiş anasına bənzədir. Amma sonradan bu sevgi əsl sevgiyə çevrilir. Yeom Yanq Çanq Boqonun köməyi sayəsində onun yaşadığı yerdəki məlumatları öyrənir və bunun əvəzində Çanqa döyüş sənətlərini öyrədir. Bir müddət sonra gözlənilmədən bura quldurlar hücum edir. Quldurlar Çanq Boqonun atasına ox ilə vuraraq onu öldürürlər. Bu müddətdə Yeom Yanq Yan Huanın atasını öldürür. Lakin Yeom Yanqın həmin şəxsin Can Huanın atası olduğunu başa düşmür. Bu hadisələrdən sonra Çanq Boqo və dostu Yeonq Nyeon qul kimi atçılıqda işləyirlər. Onları burada Çoi Mu Çanq adlı usta doğma övladları kimi böyüdür və onlara döyüş sənətlərinin sirrlərini öyrədir. İllər keçdikcə, gənc dostlar Çanq Boqo və Yeonq Nyeon Xanım Yaminın yanında döyüşçü kimi çalışırlar. Günlərin birində onlara hansısa bir şəxsi öldürməyi tapşırırlar. Çanq Boqo isə həmin şəxsin müəllimi Mu Çanq olduğunu başa düşür və onu öldürmür. Amma bir müddət sonra bu haqda məlumat Xanım Yami öyrənir. Bu səbəbdən onları öldürtdürməyi əmr verir. Lakin Xanım Yaminin məsləhətçilərindən biri olan Can Hua, ondan Çanq Boqonu əfv etməsini xahiş edir. Xanım Yami Can Huanın sözlərinə qulaq asaraq, onları qul kimi buradan uzaqlaşdırır.
Onlar zindana düşən müddətdə onları Yeom Yanq axtarır. Çünki Çanq Boqo onun ən yaxşı dostlarından biri olmuşdur. Bir çox çətinliklərdən sonra onlar qulları döyüşçü kimi hazırlaşdıran ustanın yanına düşürlər. Çanq Boqo və Yeonq Nyeon getdikcə əsl döyüşçüyə çevrilirlər. Bir müddət sonra döyüşlərdə məharətini görən tacir Sul-Pyung onları satın alır. İllər keçdikcə Çanq Boqo yüksək vəzifələtə yüksəlir və quldurların ən böyük düşməninə çevrilir. Quldurlar döyüşlərin birində tacir Sul-Pyungu ələ keçirirlər. Amma bu müddətdə Çanq Boqo da quldurların başçısı olan Li Do Hyeonqu ələ keçirir. Bir müddət sonra Çanq Boqo Li Do Hyeonqu quldurlara geri qaytarır, əvəzində isə onlar Sul-Pyungun geri qaytarıllar. Lakin bu zaman Sul-Pyung ağır yaralanır və bir müddət sonra tacir ölür. Çanq Boqonun vəzifəsi yüksəldikcə, intiqamı daha da artırdı. Uzun müddət davam edən döyüşlərdən sonra Çanq Boqo quldurların başçısı Li Do Hyeonqu öldürür. Ardınca Yeom Yanqı ələ keçirir və ona "Damğa" vurdurtduraraq. Bu hadisədən sonra Yeom Yanq ondan intiqam almağı planlaşdırır. Bu ərəfədə Çanq Boqo ölmüş tacirin qızı ilə evlənir və ondan bir oğlu olur.
Bir müddət sonra Şilla sülaləsinə mənsub olan Kim Yanq adlı tacirlərdən biri onu öz yanında bir döyüşçü kimi yetişdirməyə başlayır. Kim Yanq ona "Yeom Mun" adı verir. Uzun müddət keçdikdən sonra Çanq Boqo Yeomu tanıyır. Çanq Boqo hakimiyyət uğrunda gedən döyüşlərdə onu əsas döyüşçülərdən biri olaraq seçir. Bir müddət sonra artıq Yeom Yanqın qəzəbi Çanq Boqoya qarşı soyuyur. Madam Yami isə kral Minaeyə, hakimiyyəti ələ keçirməyə kömək edir. Amma Çanq Boqo və Kim Yanq onlara mane olur. Döyüşün sonunda Kim Yanq onun atasının ölümünə səbəb olan Minaeni öldürür və Xanım Yami həbs edilir. Bir müddət sonra azadlığa buraxılan Xanım Yami xəzinəsini götürmək istəyir, amma onun Kim Yanq tərəfindən ələ keçirildiyini görüncə, özünü dənizə qərq edir. Bu hadisədən sonra taxtda oturan şəxs naməlum səbəbdən (Kim Yanqın göstərişi sayəsində) ölür. Hakimiyyətə isə az yaşlı övladı gəlir. Onu isə Kim Yanq idarə etməyə çalışır. Həmçinin, Kim Yanq qızını ona ərə vermək niyyətindədir. Bu hadisələrdən sonra Çanq Boqo ilə Kim Yanq arasında müharibə baş verir. Kim Yanqın göstərişi ilə Yeom Yanq Çanq Boqonu gizli olaraq öldürür. Bunun əvəzində Kim Yanq onların qoşununa hücum etməyəcəkdir. Lakin Kim Yanq Yeom Yanqa verdiyi sözə əməl etmir və onu öldürmək niyyətinə düşür. Yeom Yanqın əsas köməkçisi olan Dae Çi, Kim Yanqdan onu əfv etməsini xahiş edir və Kim Yanq Yeom Yanqı həbs etdirir. Bir müddət sonra Yeom Yanq həbsdən qaçıb, Kim Yanqı öldürmək istəsə də, bunu bacara bilmir.
Müharibənin sonunda Yeonq Nyeon və Çoi Çu Çanq qəhrəmancasına həlak olurlar. Sonda Çanq Boqonun ordusu məğlub olur və ailəsi buradan qaçmaq istəyir. Amma Kim Yanqın əsgərləri onları öldürür. Bu zaman Yeom Yanq Can Hua ilə Çanq Boqonun körpəsini xilas edir. Yeom Yanq və onun köməkçisi Baek Kyunq düşmənə qarşı müqavimət göstərərək qəhrəmancasına həlak olurlar. Can Hua, Çanq Boqonun körpəsi və kiçik tacirlər olan ata ilə oğul, qayıqda üzərək buranı tərk edirlər.
Rollarda Ad Rol QeydlərÇoy Su ConqÇan Bo-Qo və ya Çanq Bo-Qo Çan Boqonun ilk doğum adı: Qunqbok. Bəzən ona "So" deyə çağırırlar.Sonq İl-qukYeom YanqKim Yanqın ona verdiyi adı: Yeom Mun. Yeom Yanqa digər verilən ad: Yeom Çanq.Kim Seunq-SuYeonq NyeonQunqbouk uşaqlıq və ən yaxın dostu. Çae Şi-raXanım YamiQunqbokun düşmənlərindən biri.Su AeCan HuaMadam Yaminin köməkçisi.Kim Kap-suLi Do HyeonqDəniz quldurlarının başçısı. Park In HwanQunqbokun atasıSerialın birinci və ikinci seriyalarında peyda olur. Çae Cunq-AnÇae-RyunqQunqbokun həyat yoldaşı.Li Yeon-hiCan HuaCan Huanın uşaqlığı.Co Dal-hvanLi Sun ConqQunqbok və Yeonq Nyeonun dostu (həmişə atası ilə birgə olur).Ceonq Seonq-HvanÇanq KyeomCan Huanın qardaşı, Yeom Yanqın göstərişi ilə xidmətçiləri tərəfindən öldürülür.Bae Su-Bin Kim Yanqəvvəlcə Qunqboka döyüşlərdə kömək edən və sonradan onu öldürtdürən Şilanın gələcək imperatoru.Honq Hyunq KiYeom YanqYeom Yanqın uşaqlığı. Kanq Sunq-PilConq-DalYeom Yanqın xidmətçilərindən biri və sonda Kim Yanqın tərəfinə keçən dəlisov quldur.Choi Sang-KilChun-TaeConq-Dalın yaxın köməkçisi.Lee Jae YongYo Yanq GilUstadır, qulları döyüşçü kimi hazırlayır və Qunqbok onun ən yaxşı döyüşçüsü olur.Jung Ho-KeunDae ÇiYeom Yanqın baş xidmətçisi və sonda Kim Yanqın tərəfində vuruşmasına baxmayaraq Yeom Yanqa sadiq qalan quldur.Park Yunq HakNeunq ÇanqXanım Yaminin baş döyüşçüsü. Mi CinSeo Do YeongCan Huanın cangüdəni.Yeo Ho MinBaek KyunqYeom Yanqı öldürməyə çalışan və sonradan onun tərəfində buruşaraq sona qədər sadiq qalan ən yaxşı döyüşçüsü.Li Von ConqÇoi Mu ÇanqQunqbok və Yeonq Nyeonu uşaqlıqdan döyüşü öyrədən qılınc hazırlayan usta.Park Young-GyuSul-PyungÇae-Ryunqun atası, epizodların birində Conq-Dal tərəfindən oxla vurulur və bir müddət keçdikdən sonra vəfat edir.
Mükafatlar 2005: "International Academy of Television Arts and Sciences" Drama serialı - Asiya, Afrika və Yaxın Şərqdə - Final ətrafında nominasiya 2005: "KBS Drama Awards" 2005: "KBS Drama Acting Awards": Böyük üstünlük mükafatı 최우수상 (Çoy Su Conq) 2005: "KBS Drama Acting Awards": Ən yaxşı aktrisa 우수상 (Soo Ae) 2005: "KBS Drama Acting Awards": Ən yaxşı aktyor 우수상 (Sonq İl Quk) 2005: "KBS Drama Acting Awards": Ən yaxşı cütlük mükafatı (Sonq İl Quk və Su Ae) 2005: "KBS Drama Acting Awards": Əksər populyar aktyor mükafatı (Sonq İl Quk) 2006: "Seoul International Drama Awards" İkinci yeri tutan iştirakçı, Ən yaxşı drama Ən yaxşı Kinometoqrafist: Kim Seunq-hvan
İstinadlar
Xarici keçidlər
KBS World Rəsmi sayt KBS Rəsmi sayt
Kateqoriya:Cənubi Koreya teleserialları Kateqoriya:2004-cü ilin teleserialları Kateqoriya:Tarixi teleseriallar